Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Nazirlik rəsmisindən ölkədə internet sürətinin azalması ilə bağlı açıqlama

Tarix: 07-06-2020 21:06     Baxış: 3165 A- / A+
Nazirlik rəsmisindən ölkədə internet sürətinin azalması ilə bağlı açıqlama

Ölkə ərazisində internetin sürəti ilə bağlı problem var.

Bu barədə vətəndaşlar sosial şəbəkələrdə paylaşım ediblər. Vətəndaşların iddiasına görə, internetin keyfiyyətində və sürətində ciddi dərəcədə zəifləmə müşahidə edilir.

Manevr.az məlumatına görə, məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Günel Gözəlova oxu.az-a açıqlamasında bildirib ki, bununla bağlı quruma çoxsaylı müraciətlər daxil olmayıb:

"Bu dəqiqəyə olan məlumata görə, ölkə ərazisində internetin sürəti ilə bağlı kütləvi problem yoxdur. İlkin olaraq, vətəndaşların qeyd etdiyi məsələyə trafikdəki artım səbəb ola bilər. Bildiyiniz kimi respublika ərazisində tətbiq edilən iki günlük sərt karantin rejimi ilə əlaqədar olaraq, vətəndaşların yaşayış yerlərini tərk etmələri qadağandır. Hər kəs evdə internetdən istifadə edir. Lakin internetin sürəti ilə bağlı müraciətlərin sayı artarsa, təbii ki, aidiyyəti üzrə problemin səbəbi araşdırıla bilər”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar