Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Tahir İmanov Bəhramın koronavirusa yoluxmasından danışdı - Əgər yaşlı anasına bir şey olsa...

Tarix: 07-06-2020 18:42     Baxış: 3185 A- / A+
Tahir İmanov Bəhramın koronavirusa yoluxmasından danışdı - Əgər yaşlı anasına bir şey olsa...

Azərbaycanlı aktyor, əməkdar artist Bəhram Bağırzadənin koronavirusa yoluxduğu barədə xəbərlər yayılıb. Belə ki, əməkdar artistin xəstəxanaya yerləşdirildiyi, ondan götürülmüş koronavirus testinin nəticəsinin pozitiv çıxdığı, hazırda temperaturu bir qədər yüksək olsa da, vəziyyətinin stabil olduğu bildirilib.

Manevr.az xəbər verir ki, əməkdar artist, "Planet Parni iz Baku" KVN teatrının bədii rəhbəri Tahir İmanov musavat.com-a açıqlamasında bildirib ki, B.Bağırzadə ilə bağlı məlumatı yayan həkimlərə halallıq vermir: “Bəhram bəy ilə danışdım. Bəhram Bağırzadə və kollekivimiz adından danışıram. Biz bu məlumatı yayan həkimlərə halallıq vermirik. Bu məlumatı yayan sayta da halallıq vermirik. Bu xəbəri yaymamışdan öncə Bəhramın yaşlı anasını, bacısını düşünsünlər. Yaşlı anasına bir şey olsa, bu xəbəri yayanlar nə edəcək? Elə bilirsiniz bir üzrlə, məhkəmə ilə hər şey bitəcək? Bəhramın anasına bir şey olsa, biz bunu keçməyəcəyik. Biz gərək, hər işi halallıqla edək. Bir insanın özü bu haqda heç bir açıqlama verməyibsə, bu cür məlumatın yayılması doğru deyil. Biz həmişə deyirik ki, bu, bizim subyektiv fikrimizdir, amma bu, obyektiv fikirdir. Çox adam bilir ki, koronavirusla bağlı üç dəfə test edilir. Bu testlər bir gündə aparıla bilməz. Birinci test pozitiv çıxsa da, digərləri neqativ çıxa bilər. Çində bir nəfərin 3 testinin nəticəsi neqativ çıxmışdı, amma öldü. Cəsədindən test götürdülər, pozitiv çıxdı. Çox həssas məsələdir. Ona görə də insanların ailələrini də düşünmək lazımdır”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar