Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda polis maşınında uşaq dünyaya gəldi

Tarix: 07-06-2020 16:02     Baxış: 4227 A- / A+
Bakıda polis maşınında uşaq dünyaya gəldi


Bu gün sərtləşdirilmiş karantin dövrü şəraitində Bakıda qeyri-adi hadisə baş verib.

Manevr.az publika.az-a istinadən xəbər verir ki, paytaxt ərazisində 9 aylıq hamilə qadının xəstəxanaya çatdırılması ilə bağlı təcili tibbi yardıma müraciət edilib.

Ailə üzvləri eyni zamanda qadını xəstəxanaya çatdırmaq üçün polisə də müraciət ediblər. Hadisə yerinə ilk gələn Bakı şəhər Dövlət Yol Poisi İdarəsinin inspektoru xidməti "BMW" markalı atomobillə qadını xəstəxanaya aparıb. Lakin yolda olarkən təbii doğuş baş tutub və qadın avtomobildə övladını dünyaya gətirib. DYP əməkdaşı qadını və yeni doğulmuş körpəni xəstəxanaya çatdırıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Publika.az-a faktı təsdiq edib. O bildirib ki, son 2 gündə bu tip hadisələrə rast gəlinir: "Dünən və bu gün əməkdaşlarımız 20-yə yaxın insanın həyatını xilas ediblər və ya çox təcili şəraitdə xəstəxanalara çatdırıblar. Bu gün baş verən hadisədə də ana və yeni doğulan körpəsi sağ-salamat təbbi heyətə təhvil verilib. Onların həyatına hər hansı təhlükə yoxdur".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar