Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Mehman Hüseynovun müalicəsi üçün 140 min manat toplandı

Tarix: 05-06-2020 18:55     Baxış: 4186 A- / A+
Mehman Hüseynovun müalicəsi üçün 140 min manat toplandı


Bloger bazar ertəsindən etibarən müalicəyə başlayır
Hazırda İsveçrədə müalicə olunan bloger Mehman Hüseynov cəmiyyətə müraciət ünvanlayıb.

Manevr.az xəbər verir ki, o, müraciətində Azərbaycan cəmiyyəti ilə bağlı yaranan yanlış qənaətə münasibət bildirib: "Bu xalq heç nəyə qadir deyil. Bizim xalqdan heç nə çıxmaz. Bu millətə görə dəyməz” cümlələri deyən insanları boş verib, yola verin. Onlara qulaq asmayın. Onlar bizi ruhdan salmaq, bizim vətəndaşlara şübhə ilə yanaşmaq üçün bu cür yalanları yayırlar. Xalq parçalananda, inamsızlıq olanda, birlik həmrəylik olmayanda onu daha rahat idarə etmək olur. Məhz Azərbaycan xalqı, məhz Azərbaycan xalqının birliyi, həmrəyliyi nəticəsində mənim həyatım xilas olunmaqdadır. Xalqın birliyi, xalqın həmrəyliyi yenə öz sözünü dedi və gücünü göstərdi".

M.Hüseynov eyni zamanda 19 yanvar 2019-cu il tarixində vəzifəsindən, peşəsindən, siyasi baxışlarından asılı olmayaraq, insanların birləşib ,öz gücünü meydanlarda, sosial şəbəkələrdə göstərdiyini və bunun nəticəsində azadlığa çıxdığını xatırladıb: "Mən azadlığa çıxdım. Bu gün tarix yenə təkrarlanır. Bu gün mən öz canımla mubarizə apara-apara Azərbaycan xalqı yenə məni tək qoymadı. Yenə də siyasətlə maraqlananlar, siyasətdən uzaq olan insanlar birləşib, həmrəy olub mənim ayağa qalxmağım üçün tələb olunan məbləği cəmi 2 günə topladı. Bu, heç kimə gəlməsin. Cəmi 2 günə tələb olunan məbləğin 98 faizi milli pulumuzla 140.000 AZN toplandı. Bu, ilk dəfə idi Azərbaycanda... Heç bir fondun, təşkilatın dəstəyi, mudaxiləsi olmadan... Sıravi vətəndaşlar həmrəy oldular və nəticəsi də ortadadır".

M.Hüseynov bildirdi ki, bizim birliyimiz, virtual dəstək fondumuz saytında ilk sıralarda yer alıb. Onun sözlərinə görə, İsveçrə həkimləri, xarici dostlar, təşkilatın üzvləri hamı şokdadır: "Bu, necə baş verdi? Belə bir sürəti, belə qısa bir vaxta bu məbləğin yığılmasını heç vaxt görməyiblər. Və mən bir daha öz ölkəmlə, öz xalqımla fəxr elədim. Sizlər mənə sahib çıxdınız. Mənə maddi mənəvi dəstək olan, dua edən hər kəsin qarşısında baş əyirəm. Bir daha hamıya göstərdiz ki, bizlər yatmamışıq, bizlər ölməmişik. Və bir daha özünüz də gördüz ki, xalq birliyi, xalq həmrləyliyi nələrə qadirdir. Minnətdaram, hər birinizə".

M.Hüseynov bildirib ki, artıq bazar ertəsindən onun mualicəsi başlayır: "Və bu yığılan məbləğin hər bir qəpiyinin hesabatını mən sizə verəcəm. Çünki bu, böyük bir məsuliyyətdir və mən şəffaflığı təmin edəcəm. İndi çox rahatam və çox xoşbəxtəm. Çünki yığılan məbləğdə xalqın sevgisi və halallığı dayanır. İnşallah ayağa qalxsam, hər şey qaydasında olsa, yığılan məbləğimizdən qalıq pulumuz qalsa, həmin puldan çətin durumda olan, mualicəyə ehtiyac olan şəhid ailəsinə və ya mubarizəsinə görə şərlənərək həbsdə olan siyasi məhbus ailələrinə versək, çox yaxşı olar. Onları da unutmamalıyıq".

Bloger sonda ona yardım edən şəxslərə bir daha təşəkkür edib: "Bir daha qeyd edim. Mənə dəstək olan hər bir kəsə, siyasi təşkilat üzvlərinə, hərəkat üzvlərinə, siyasətdən uzaq olan vətəndaşlara, gənc fəallara, tələbələrə, Avropada, Amerikada və diqər xarici ölkələrdə yaşayan soydaşlara, müəllimlərə, tarixçilərə, ziyalılara, hüquqşunaslara, vəkillərə, jurnalistlərə, bloqerlərə, həkimlərə, yazıçılara, PR işləri ilə məşğul olanlara, dizaynerlərə, musiqiçilərə, ustalara, fəhlələrə, işsiz olan, amma axırıncı 1 manatını mənə göndərən şəxslərə təşəkkür edirəm. Bu siyahı heç vaxt bitməyəcək, hər bir vicdanlı, şərəfli insana öz təşəkkürümü bildirirəm. Sizləri çox sevirəm".musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar