Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Keçmiş məmurun qızı indi də mətbuatı söydü

Tarix: 02-06-2020 18:53     Baxış: 3179 A- / A+
Keçmiş məmurun qızı indi də mətbuatı söydü

Bakı Lifttəmir İstehsalat Birliyinin keçmiş rəhbəri Qüdrət Şükürovun qızı, qalmaqallı hadisələrlə mediada müzakirələrə səbəb olan Aysel Şükürova bu dəfə median təhqir edib.

Manevr.az xəbər verir ki, A.Şükürova sosial şəbəkədə onun atası ilə bağlı başladılan cinayət işi haqda rəy yazan şəxsi təhqir etməsinin ictimailəşdirilməsinə sərt reaksiya verib:

“Yenə xəbər saytları reytinq görüblər. Hamısı başlayıb bilib-bilmədən yazmağa. Kimin əlinə bir “screen” keçirsə araşdırmadan yazırlar. Ona görə jurnalist yox, elə həmişə zurnalist olaraq qalırsınız. Xəbər paylaşanda araşdırmaq lazımdır.

Sözüm hamıya aid deyil, amma zurnalistlərədir. Hadisə necə olub? Kim nə deyib? Yoxsa qarşı tərəfin təhqirlərini silib paylaşmağa nə var ki?! Günahı olmayan körpələrimin şəkillərini paylaşıb insan hüquqlarından danışmağa nə var ki?!

Mən niyə günahsız birinin şəkillərini səhifəmdə paylaşmıram? Əgər biri haqlı olsa, gedib məhkəməyə verər. Haqlı olmadığı üçün sizin yanınıza qaçıb. Amma mən haqlıyam, məhkəməyə də verəcəyəm, polisə də və siz də görəcəksiniz ki, kim haqlıdır bu söhbətdə.

Mənə qarşı, ailəmə qarşı təxribatlarla bizi gözdən sala bilməzsiniz. Sevənlərimiz bizi onsuz da dəstəkləyəcək. Çünki məni tanıyırlar, düz olduğumu, səhv edən birinin qarşısında susmadığımı bilirlər. Guya, siz fəallarsınız? Fəal olmaq şüvənlik etmək deyil. Araşdırıb düzün tərəfini tutmaqdır, zurnalistlər”.yenisabah.az

Manevr.az
Keçmiş məmurun qızı indi də mətbuatı söydü

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar