Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Deputat Mahmudovların xaricdə aşkarlanan milyonlarından DANIŞDI

Tarix: 02-06-2020 15:45     Baxış: 3183 A- / A+
Deputat Mahmudovların xaricdə aşkarlanan milyonlarından DANIŞDI

"Azərbaycanda nəinki adını çəkdiyiniz insanlar, digər məmurlar və vəzifəli şəxslər də, nəinki 100 milyon funt-sterlinq, milyardlarla vəsait çıxarıblar".

Manevr.az xəbər verir ki, bu sözləri, sabiq MTN naziri Eldar Mahmudovun oğlu və qızının xaricdə ortaya çıxan mülkləri barədə yeniavaz.com-a danışan millət vəkili Razi Nurullayev deyib. O bildirib ki, belə hallar artıq xalqda şok effekti yaratmır: “Hansısa bir məmurun, vəzifədən gedən olsun, vəzifədə olan olsun, xaricdə 100 milyonlarla vəsaiti aşkarlanır, artıq bu xalq üçün sürpriz, şok effekti yaratmır. Çünki bu adiləşib. İcra başçılarının belə evindən milyonlarla vəsait çıxır. Əmlakları belə hesablananda yüz milyonlarla ölçülür”.
Qeyd edək ki, İngiltərənin nüfuzlu mətbuat orqanı “The Guardian”, sabiq MTN naziri Eldar Mahmudovun oğlunun və qızının İngiltərədə milyonluq mülklər alması ilə bağlı məlumat yayıb. Bildirilib ki, “Cayman National Bank (Isle of Man) Ltd (CNBIOM)” şirkətinin 2019-cu ilin noyabr ayında yayımlanan sənədlərinə əsasən, Mahmudovlar ailəsinin İngiltərədə ümumi dəyəri 100 milyon funt-sterlinq (təxminən 210 milyon manat) biznes və əmlak imperiyası var.
Mahmudovların vəkili həmin var-dövlətin ailənin ulu babaları Aslan Aşurovdan qaldığını və Anar Mahmudovun uğurlu biznesmen olduğunu söyləyib.
Baş Prokurorluq bu araşdırma ilə bağlı şərh verəcəyini bildirsə də, hələ ki, bu barədə heç bir açıqlama yayılmayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar