Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakı metrosu yenə bağlanır? - RƏSMİ AÇIQLAMA

Tarix: 29-05-2020 14:31     Baxış: 4185 A- / A+
Bakı metrosu yenə bağlanır? - RƏSMİ AÇIQLAMA

Xəbər verdiyimiz kimi mayın 28-də Azərbaycanda 191 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 125 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Son bir neçə həftə ölkə ərazisində koronavirusa yoluxanların sayında çoxalma müşahidə olunur. Daha çox yoluxma şənbə-bazar və bayram günləri müşahidə olunur. Yoluxma artdığı üçün metronun fəaliyyəti yenidən dayandırıla bilərmi?

Manevr.az xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, bu barədə hələlik heç bir göstətriş yoxdur: "Azərbaycanda pandemiya yayılmağa başladığı ilk gündən başlayaraq Bakı Metropoliteni Operativ Qərargahla sıx işləyir. Əgər Bakı Metropolitenin fəaliyyətində hər hansı məhdudiyyətlər olsa və yaxud dayandırılsa bunun haqqında vətəndaşlarımıza məlumat veriləcək.

Bilirisiniz ki, tibbi maskanın taxılması isə mütləqdir. Ümumiyyətlə metropoliten özünün texniki imkanları və sərnişinlərin məlumatlandırılması baxımından bütün imkanlarından istifadə edir ki, Operativ Qərargahın metodiki göstərişlərinı tam riyaət olunsun. Amma sərnişinlərdən də çox şey asılıdır. Sərnişinlər zərurət olmasa metropolitendən istifadə etməməlidir. Hamımız birlikdə çalışmalıyıq. Metropoliten üzərinə düşən işi imkanları daxilində maksimum dərəcədə edir. Hətta qatarlar da maksimal qrafiklə çalışırlar. Əlavə işçi qüvvəsi də ayrılıb. Bir sözlə, gücləndirilmiş iş rejimi ilə çalışırıq"./sonxəbər

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar