Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Baş infeksionist: "İkinci dalğa söhbəti yoxdur"

Tarix: 29-05-2020 14:08     Baxış: 3193 A- / A+
Baş infeksionist: "İkinci dalğa söhbəti yoxdur"

"Bu, ikinci dalğa deyil. Mən həmişə demişəm ki, ikinci dalğa söhbəti yoxdur. Xəstəlik artıb-azala bilər”.

Bunu ölkənin baş infeksionisti Cəlal İsayev son günlər koronavirusun artım statistikasından danışarkən deyib. Cəlal İsayev deyib ki, bu epidemiyanın gediş xüsusiyyətləri belədir: "Bir gün çox olar, bir gün az. İkinci dalğa isə odur ki, epidemiya sönür və birdən-birə qalxır. Əgər insanlar verilən tövsiyələrə əməl eləsələr, xəstələnmələrin sayı azalacaq, əməl etməsələr, yoluxanların sayında artım müşahidə olunacaq”.

Cəlal İsayev qeyd edib ki, xəstəliyin çoxalmasının Bakı ilə rayonların arasında məsafənin açılmasına hər hansı bir təsiri olmaz: "Hər halda bunlar Operativ qərargah tərəfindən müəyyən edilir və qərar verilir. Etibar eləsək ki, insanlar qaydalara əməl edəcəklər, nəqliyyatda maska taxacaqlar, sosial məsafə saxlayacaqlar, o zaman icazə verilsin. Amma mən insanlara o qədər də ümid bağlamıram. Hər şey gözümün qabağındadır. Heç kim sosial məsafə saxlamır, maska taxmır, laqeyd yanaşır. Rayonlardakı vəziyyət təhlil olunandan sonra bu qərarı vermək olar”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar