Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Məcburi köçkünlər üçün ən müasir yaşayış kompleksləri inşa edilməkdədir” - Aydın Hüseynov

Tarix: 28-05-2020 21:33     Baxış: 3229 A- / A+
“Məcburi köçkünlər üçün ən müasir yaşayış kompleksləri inşa edilməkdədir”


“Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf proqramlarının uğurlu icrası bütün ölkə vətəndaşlarının, o cümlədən qaçqın və məcburi köçkünlərin sosial rifahının əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olmaqdadır. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət məcburi köçkünlərin güclü dövlət qayğısı ilə əhatə olunmasına, sosial müdafiəsinin gücləndirilməsinə və mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına imkan veribdir. Cənab Prezident İlham Əliyevin imzaladığı mühüm fərman və sərəncamn icrası son illərdə onlara yüksək diqqət və qayğısı həyat şəraitlərinin yaxşılaşmasına, məşğulluğunun təmin edilməsinə səbəb olubdur”.


Manevr.az xəbər verir ki, bunu ölkə.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov Prezident İlham Əliyevin iştirakı ilə məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışına münasibət bildirərkən qeyd edib.

A.Hüseynov qeyd edib ki, Prezident İlham Əliyevin birbaşa qayğısı sayəsində ölkəmizdə bütün çadır düşərgələri ləğv edilib: “Cənab İlham Əliyevin yüksək qayğısı sayəsində 2007-ci ilin dekabrında ölkədə sonuncu çadır düşərgəsi də ləğv olundu. Son 17 ildə respublikamızın müxtəlif şəhər və rayonlarında məcburi köçkünlər üçün keyfiyyətli və müasir yaşayış binaları inşa edilərək istifadəyə verilib. Şirvan, Beyləqan, Göyçay, Göygöl, Ucar, Kürdəmir və digər şəhər və rayonlarda minlərlə ailənin mənzil təminatı həll edilib.Ümumilikdə, 300 min nəfərdən çox məcburi köçkün mənzillə təmin olunub. Bundan başqa, onların sosial problemlərinin həllinə yönəldilən vəsaitin həcmi bir neçı dəfə, yemək xərcləri üçün müavinət 60 dəfədən çox artırılıb. İndiyədək qaçqın və məcburi köçkünlərə 3 milyard manatdan artıq vəsait xərclənib. Dövlət büdcəsindən və Dövlət Neft Fondundan ayrılmış vəsaitlər hesabıan qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı ayrılan vəsaitin həcmi artır”.
Millət vəkili bildirib ki, son illərdə məcburi köçkünlər üçün ən müasir və geniş hərtərəfli infrastrukturun yaradıldığı Qobu park yaşayış komplekslərinin inşası xüsusi əhəmiyyət kəsb edir: “Məlum olduğu kimi paytaxta yaxın bir ərazidə yerləşən bu yaşayış kompleksləri bütün sosial infrastrukturlarla və geniş yaşayış imkanları ilə təmin edilib və məcburi köçkünlərin böyük minnətdarlıqla qarşıladığı bu komplekslər şəhərsalma panorması baxımımdan zövqverici bir məkana çevrilməkdədir. Ötən dövrdə “Qobu Park-1” yaşayış kompleksində 1026 ailə evlə təmin olunub, “Qobu Park-2” yaşayış kompleksində isə 1300 ailə mənzillə təmin olunub. İndi isə “Qobu Park-3” yaşayış kompleksi istifadəyə verildi və burada mindən artıq ailənin mənzil problemi öz həllini tapdı. Həmin kompleksin xüsusi üstünlyü ondan ibarətdir ki, bu binalardakı bütün mənzillər mətbəx avadanlıqları və soyuducularla təmin edilib”.
A.Hüseynov deyib ki, doğma yurdlarından didərgin salınmış bir milyon nəfərədək soydaşımızın sosial problemlərin həll edilməsində Heydər Əliyev Fondu da misilsiz xidmətlər göstərməkdədir: “Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə məcburi köçkün uşaqların təhsil problemlərinin həllinə daim böyük qayğı göstərilir, müvəqqəti məskunlaşma obyektlərində mütəmadi olaraq məcburi köçkünlərlə görüşlər keçirilir, onlara ən yüksək səviyyədə qayğı göstərilir. Bu diqqət və qayğını daim öz üzərində hiss edən məcburi köçkünlər tezliklə doğma yurda qayıdacaqları günün uzaqda olmadığına əmindirlər”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar