Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Rəsulzadə: Atam babamın dəfninə getmədi... - Video

Tarix: 28-05-2020 12:41     Baxış: 4199 A- / A+
Rəsulzadə: Atam babamın dəfninə getmədi... - Video

Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə Azərbaycan Televiziyasının (AzTV) “Telesəhər” proqramının qonağı olub.

Manevr.az xəbər verir ki, o, sovet hakimiyyəti dövründə atası Azər Rəsulzadənin başına gətirilənlərdən, Bakıya gizli yollarla gedib-gəlməyindən danışıb.
Bildirib ki, atasına qarşı dəfələrlə təxribat törədiblər. Hətta Məhəmməd Əmin Rəsulzadənin vəfatından istifadə etmək istəyənlər də olub:

“1955-ci ildə atamı çağırdılar ki, atanız Ankarada vəfat edib, getmək istəyirsinizmi? Təbii ki, atamı Ankaraya müəyyən şərtlərlə göndərirdilər. Atam 35 yaşında idi, bilirdi ki, şərtlərə məxfi işlərlə məşğul olmaq, kimlərləsə əlaqə yaratmaq da daxildir. Atam dedi ki, getmək istəmirəm”.

Rais Rəsulzadə Bakıya niyə gəldiyini də söyləyib: “1965-ci ildə Bakıya gəldim. Atam etiraz eləyirdi. Amma mən hər şeyi bilirdim, deyirdim ki, ədaləti bərpa eləməliyəm”.

M.Ə.Rəsulzadənin yadigarı atasının son arzusunu açıqlayıb: “Atam vəsiyyət eləmişdi ki, vətəndə dəfn olunsun. Kimsə gəlib Heydər Əliyevə Rəsulzadənin oğlunun vəfat etdiyini deyəndə, soruşmuşdu ki, siz hələ onu gətirməmisiniz? Ondan sonra xəbər aldıq ki, təyyarə gəlir. Gecə ilə gəldilər, apardıq, Novxanıda babasının yanında dəfn elədik”.

R.Rəsulzadənin xatirələrini daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar