Sizin Reklam Burada
Xəbər lenti
29 may
28 may
BÜTÜN XƏBƏRLƏR

"Sərnişindaşıma qaydalarında dəyişikliklər olacaq"-Natəvan Bayramova

Tarix: 23-05-2020 15:48     Baxış: 350 A- / A+
"Sərnişindaşıma qaydalarında dəyişikliklər olacaq"-Natəvan Bayramova

Koronavirusla bağlı tətbiq edilən xüsusi karantin rejimində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhimdar Cəmiyyəti (QSC) tərəfindən də bir sıra işlər həyata keçirilib.
Manevr.az-ın məlumatına görə, QSC-də karantin dövründə aparılan dezinfeksiya işləri və hazırkı sərnişin daşımalarındakı vəziyyət haqda qurumun Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova redaktor.az-a bildirib ki, "Azərbaycan Dəmir Yolları" QSC Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 29-dan etibarən beynəlxalq və regional istiqamətlərdə sərnişin daşımanı dayandırıb. Abşeron dairəvi xətti üzrə isə məhdud sayda da olsa qatarlar işləyir:

"Bildiyiniz kimi, müəyyən müəssisələr var ki, onların əməkdaşları pandemiya dövründə iş başında olmalıdır.Dəmir yollarının fəaliyyəti hazırda zəruri olan sahələrdən biridir. Çünki digər sahələrin iş başında olan əməkdaşlarının, həmçinin bizim kimi jurnalistlərin də ən çox istifadə etdiyi nəqliyyat növlərindən biri dəmir yollarıdır. Xüsusi karantin rejimi çərçivəsində həmin vətəndaşların işə gediş-gəlişini təmin etmək üçün iki qatarla Abşeron istiqamətində fəaliyyət göstərirdik. Amma mayın 4-dən xüsusi karantin rejiminin yumşaldılmasından sonra gördük ki, qatar sayı pik saatlarda azlıq edir. Buna görə də xəttə daha 2 qatar artırdıq. Onların hərəkət qrafiki ilə rəsmi internet səhifəmizdə tanış ola bilərsiz. Mayın 18-dən xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə əlaqədar yenidən sərnişin sayında artım olduğunu müşahidə etdik. Ona görə də martın 20-dən həmin marşrut üzrə daha 2 qatar xəttə buraxılıb".

Natəvan Bayramova əlavə edib ki, pandemiya dəmir yollarının fəaliyyətinə, xüsusi ilə sərnişin daşımaya təsirsiz ötüşməyib:

"Yükdaşımalarımız fasiləsiz şəkildə davam edir. Sərnişin daşımalarının isə sayı təbii olaraq azalıb. Məsələn, biz bu ilin birinci rübü üçün ən çox sərnişin fevral ayında daşımışıq - 430 mindən çox. Yanvarda sərnişinlərimizin sayı 400 minin üzərində olub, bu rəqəmlər martda təxminən 2 dəfə azalıb, apreldə isə haradasa 30 minin üzərində sərnişin daşıya bilmişik.

"Azərbaycan Dəmir Yolları" həm pandemiya, həm də pandemiyadan sonrakı dövrdə insanların sağlamlığının qorunması üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın verəcəyi istənilən qərara uyğun şəkildə işini qurmağa hazırdır. Sosial məsafənin qorunması üçün qatarlarda yerlərin satışa necə verilməsi ilə bağlı yəqin ki, sərnişindaşıma qaydalarında müəyyən dəyişikliklər tətbiq olunacaq. Artıq bəzi ölkələrdə sərnişindaşımada belə məhdudiyyətər nəzərdən keçirilir. Biz də sərnişinlərimizin sağlamlığının qorunması üçün müəyyən olunan bütün tələbləri yerinə yetirməyə hazırıq".

Manevr.az
"Sərnişindaşıma qaydalarında dəyişikliklər olacaq"-Natəvan Bayramova

"Sərnişindaşıma qaydalarında dəyişikliklər olacaq"-Natəvan Bayramova
"Sərnişindaşıma qaydalarında dəyişikliklər olacaq"-Natəvan Bayramova
"Sərnişindaşıma qaydalarında dəyişikliklər olacaq"-Natəvan Bayramova
"Sərnişindaşıma qaydalarında dəyişikliklər olacaq"-Natəvan Bayramova
"Sərnişindaşıma qaydalarında dəyişikliklər olacaq"-Natəvan Bayramova
"Sərnişindaşıma qaydalarında dəyişikliklər olacaq"-Natəvan Bayramova
"Sərnişindaşıma qaydalarında dəyişikliklər olacaq"-Natəvan Bayramova








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar