Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Əməkdaşları koronavirusa yoluxan ATV-dən AÇIQLAMA

Tarix: 20-05-2020 15:22     Baxış: 3197 A- / A+
Əməkdaşları koronavirusa yoluxan ATV-dən AÇIQLAMA

“Əməkdaşımız hərarəti olduğu üçün həkimə müraciət edib. Bu zaman ondan test götürülüb. Testin ilkin nəticəsi pozitiv çıxıb”.

Manevr.az xəbər verir ki, bunu “Azad Azərbaycan”ın icraçı direktoru İsmayıl Həsənov kanalın Xəbərlər Departamentinin müxbiri Mahmud Rövşənoğlunun koronavirusa yoluxması ilə bağlı açıqlamasında deyib.

O bildirib ki, jurnalist hazırda karantin şəraitindədir:

“Bildiyiniz kimi, test bir neçə dəfə aparılır. Hazırda karantinə götürülüb. Vəziyyəti normaldır. Danışmışıq, səhhətində hər hansı bir ağırlaşma yoxdur. Testin ikinci cavabını gözləyirik və ümid edirik ki, əməkdaşımızın testinin ikinci nəticəsi neqativ çıxacaq.

Virusa hansı şəraitdə yoluxduğu bilinmir. İnsanlar tək işdə olmur, şəhərdə, müxtəlif yerlərdə olur. Demək olmaz ki, iş başında yoluxub”.

İsmayıl Həsənov “Azad Azərbaycan” şirkətində pandemiya dövründə mütəmadi olaraq dezinfeksiya işləri aparıldığını da qeyd edib:

“Əməkdaşlarımızın sosial izolyasiya qaydalarına əməl olunmasına diqqət edirik. KİV əməkdaşları da risk qrupunda fəaliyyət göstərənlərdəndir”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar