Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Milli Məclisin yeni şöbə müdiri İlkin Məmmədov kimdir? - DOSYE

Tarix: 20-05-2020 12:21     Baxış: 4257 A- / A+
Milli Məclisin yeni şöbə müdiri İlkin Məmmədov kimdir? - DOSYE

Son vaxtlar Azərbaycanda gənc kadrlara böyük imkanlar yaradılır, ölkə rəhbərliyi onları məsul vəzifələrə təyin edir, hətta bəziləri mərkəzi və yerli icra orqanlarının rəhbərliyinə - nazir və icra başçısı postlarına gətirilir. Bu da səbəbsiz deyil: gənclər cəmiyyətin fəal təbəqəsidir.

Bu gün gənc kadrlara arxalanan Azərbaycan Prezidenti İlham Əliyev onlar haqqında yüksək fikirdədir. “Şadam ki, bu gün bizim gənclərimiz ən yüksək meyarlara cavab verirlər - bilik, peşəkarlıq, yenilik, müasirlik baxımından.
Eyni zamanda, onu da bildirməliyəm ki, gənclər xoşagəlməz hallara qarşı da mübarizədə bizə böyük dəstək olurlar. Bütövlükdə gələcəkdə Azərbaycanı idarə edəcək insanlar bugünkü gənclərdir. Ona görə onların bilikləri və eyni zamanda, vətənpərvərliyi bizim müstəqilliyimizi daim gücləndirəcək və ölkəmizin uzun illər, onilliklər bundan sonra dayanıqlı inkişafını təmin edəcək”,-deyə dövlət başçısı son çıxışlarının birində gənclərə olan güvənindən danışıb.

Müşahidələr də göstərir ki, bacarıqlı, savadlı gənclər heç kimin himayədarlığı olmadan, öz güclərinə vəzifə pillələrində irəli gedə bilirlər. Yetər ki, onlara şərait yaradılsın, potensiallarından düzgün istifadə olunsun.

Belə gənclərdən biri də bu günlərdə - mayın 1-də Milli Məclisin Beynəlxalq münasibətlər şöbəsinin müdiri vəzifəsinə təyin edilən İlkin Məmmədovdur. Son təyinatadək Milli Məclis Aparatının Beynəlxalq münasibətlər şöbəsinin müdir müavini və Protokol sektorunun müdiri vəzifələrini icra etmiş İlkin Məmmədov potensialı yüksək qiymətləndirilən savadlı gənclər siyahısına daxildir.

Yeni şöbə müdirinin kimliyi yəqin çoxları üçün maraqlıdır.
Manevr.az modern.az-a istinadən Milli Məclisin Beynəlxalq əlaqələr şöbəsinin müdirinin tərcümeyi-halını diqqətinizə çatdırır.

İlkin Əfqan oğlu Məmmədov 25 sentyabr 1981-ci ildə Bakı şəhərində doğulub.

1988-1998-ci illərdə Bakı şəhəri, 6 saylı orta məktəb oxuyub.

1998-2004-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib.

2000-2002-ci illərdə Fransanın Strasburq şəhərində “Mark Bloch” Universitetində fransız dili, daha sonra isə beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alıb.

2002-ci ildə Avropa Şurasının inzibati qurumlarında diplomqabağı təcrübə keçib.

Əmək fəaliyyəti:

2003-2006-cı illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsində referent, attaşe vəzifələrində çalışıb.

2006-2018-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər şöbəsinin Protokol sektorunun müdiri;

2018-2020-də Milli Məclisin Beynəlxalq münasibətlər şöbəsinin müdir müavini-Protokol sektorunun müdiri vəzifələrini tutub.

01.05.2020-ci il tarixindən Milli Məclisin sədri Sahibə Qafarovanın sərəncamı ilə Beynəlxalq münasibətlər şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Dövlət qulluğunun baş müşaviridir.

2003-cü ildən etibarən bir çox beynəlxalq əhəmiyyətli tədbirlərin təşkili və həyata keçirilməsində fəal iştirak etməsinə görə ölkə rəhbərliyi tərəfindən təşəkkürlər elan edilib. Azərbaycanın Baş nazirləri, Milli Məclisin sədrləri və Xarici İşlər nazirlərinin ölkədaxili tədbirlərini təşkil edib və xarici səfərlərdə müşayiət edib.

Fransa Respublikası, Misir Ərəb Respublikası, Türkiyə Respublikası, Belçika Krallığında və Kanadada keçirilmiş diplomatik və protokol kurslarında iştirak edib və fərqlənmə diplomları alıb. Habelə, bir çox konfrans və seminarlarda, eləcə də beynəlxalq parlament təşkilatlarının sessiya və iclaslarında iştirak etmək üçün müxtəlif vaxtlarda Milli Məclis tərəfindən xarici ölkələrə ezam edilib.

Milli Məclis ilə xarici ölkələrin parlamentləri arasında imzalanan müxtəlif ikitərəfli sənədlərin hazırlanması və imzalanmasını təşkil edib.

Fəaliyyəti ilə əlaqədar bir sıra diplom və təşəkkürnamələr ilə təltif olunub.

2015-ci ilin 22 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

2016-ci ilin may ayında Paris Dövlət İdarəçilik Məktəbində “Yeni münasibətlər, administrasiya və vətəndaşlar” kursunu bitirib sertifikat alıb.

2017-ci ilin mart ayında Rusiya Federasiyası Federal məclisi Federal Şurasının sədri xanım Valentina Matviyenko tərəfindən imzalanmış “Parlamentarizmin inkişafı, qüvvətləndirilməsi, beynəlxalq münasibətlər və parlamentlərarası əməkdaşlığ yolunda gördüyü xidmətlərinə görə “MDB PA-25” medalı ilə təltif edilib.

2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 100 illik yubileyi ilə bağlı Azərbaycan Respublikası Milli Məclisində yaradılmış gərargahda təşkilat qrupunun rəhbəri olub.

2019-cu ilin 9 iyul tarixində “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

Digər fəaliyyəti:

2000-ci ildə Strasburq, 2010-cu ildə Brüssel, 2012-ci ildə Ottava, 2016-ci ildə isə Paris şəhərlərində Azərbaycanın böyük təqdimatını keçirib və Ermənistan-Azərbaycan Dağlığ Qarabağ münaqişəsi haqqında geniş məlumat verib.

2003-cü ildə Britaniya Şahzadəsi Dianaya həsr edilmiş “İngiltərənin qızıl gülü” adlı kitabını dərc eləyib.
2008-ci ildə Azərbaycanda ilk dəfə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş dövlət qurumları arasında futbol turnirini təşkil edib, 2011-ci ildə isə ikinci dəfə təşkil edilmiş turnirin çempionu olub.

2013-cü ildə Azərbaycanda ilk dəfə “Azərbaycan Prezidenti kuboku” Beynəlxalq KVN festivalını təşkil edib.
2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 100 illik yubileyinə həsr olunmuş parlament komandaları arasında beynəlxalq futbol turnirini təşkil edib.
Rus, ingilis, fransız və türk dillərini bilir
.
Evlidir, bir qızı, bir oğlu var.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar