Sizin Reklam Burada
Xəbər lenti
31 may
30 may
BÜTÜN XƏBƏRLƏR

Bakının tramvay keçəcək ünvanları məlum oldu - SİYAHI

Tarix: 19-05-2020 16:11     Baxış: 436 A- / A+
Bakının tramvay keçəcək ünvanları məlum oldu - SİYAHI


Bakıda tıxacların qarşısını əhəmiyyətli şəkildə alacaq layihələrdən biri də tramvay xətlərinin bərpa olunmasıdır.


Manevr.az baku.ws-ə istinadən bildirir ki xəbər verir ki, ötən il "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov da məsələnin gündəmdə olduğunu bildirmişdi.

Hazırda vəziyyət nə yerdədir? Suala cavab tapmaq üçün Azərbaycan Dəmir Yolları” QSC ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirdilər ki, hazırda məsələ ilə bağlı müzakirələr aparılır.

"Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə hazırlanan Bakı şəhərinin Baş planında nəzərdə tutulan tramvay xətləri ilə bağlı aidiyyətli qurumlarla razılaşma və müzakirələr aparılır”, - deyə bildirilib.

Qeyd edək ki, hazırda tramvay xətlərinin çəkilməsi və ona nəzarət edilməsi hansı quruma həvalə olunması da müzakirə obyektidir.

Xatırladaq ki, Cavid Qurbanov açıqlamasında çəkiləcək tramvay xətlərinin sxeminin də müzakirə olunduğunu bildirmişdi:

"Vaxtilə Bakıda mövcud olmuş travmay xətlərinin sökülməsi ilə ölkəyə ziyan vurulub. İndi bu xətləri yenidən yaratmaq çətindir. Odur ki, xarici şirkətlərə müraciət etmişik. Biznes-plan hazırlanır.

Tramvay xətləri Bakının Əhmədli və Biləcəri, Abşeron rayonunun Pirşağı, Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev kimi qəsəbələrini əhatə edəcək”, - o qeyd edib.

Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən də bildirilib ki, şəhərdə mobilliyi artırmaq üçün müxtəlif ssenarilərə baxılır, ölçülür, qiymətləndirilir və tramvay potensial olaraq elə nəqliyyat növlərindən biri kimi qiymətləndirilir.








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar