Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Baş infeksionist: "Vəziyyət təhlükəlidir ki..."

Tarix: 18-05-2020 14:54     Baxış: 3163 A- / A+
"Mövcud vəziyyətdə təkcə idman deyil, digər kütləvi tədbirlərin keçirilməsi qadağandır".
Baş infeksionist: "Vəziyyət təhlükəlidir ki..."

Manevr.az bu fikirləri report-a açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev ölkədə kütləvi idman tədbirlərinin, o cümlədən futbol matçlarının bərpa olunmamasına münasibət bildirərkən deyib.

Mütəxəssisin sözlərinə görə, Azərbaycanda vəziyyət təhlükəli olduğu üçün idman tədbirlərinə icazə verilmir. O bildirib ki, bu cür məsələlərdə Azərbaycanı digər ölkələrlə müqayisə etmək düzgün deyil: "Hər ölkənin özünəməxsus xüsusiyyəti və mübarizə tədbirləri var. Hələlik bizdə və dünyanın bir çox ölkəsində belə şeylərə icazə verilmir. Görürsünüz ki, son vaxtlar Azərbaycanda yoluxma sayında artım var. Bu da ölkə xaricindən gələn insanlarla bağlıdır".

C.İsayev "Ölkədə idman yarışları başladıqdan sonra hansı qaydalara əməl olunmalıdır" sualına bu cür cavab verib: "Nə vaxt yoluxma sayı və digər göstəricilər bizə imkan verəcək, o zaman da kollegial qərar qəbul olunacaq ki, kütləvi idman tədbirlərinə icazə verilsin və ya verilməsin. Məşqlər, idman yarışları bərpa olunduqdan sonra Operativ Qərargahın bütün tövsiyələrinə əməl etmək lazımdır".

Qeyd edək ki, Azərbaycanda martın 13-də bütün kütləvi idman tədbirləri qeyri-müəyyən müddətədək təxirə salınıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar