Sizin Reklam Burada
Xəbər lenti
05 iyun
04 iyun
BÜTÜN XƏBƏRLƏR

"Mübarizin başına bir iş gələrsə..." - məşhur həkim-cərrahdan Türkiyə prezidentinə müraciət

Tarix: 17-05-2020 20:26     Baxış: 3179 A- / A+
"Mübarizin başına bir iş gələrsə..." - məşhur həkim-cərrahdan Türkiyə prezidentinə müraciət

Tanınmış həkim-cərrah Hacı Cəfər Məşədi Əsəd oğlu Quliyev bir neçə vaxtdır İstanbulda həbsə olunan azərbaycanlı iş adamı, "Palmali" şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovun azadlığa buraxılması üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət ünvanlayıb.

Manevr.az həmin müraciətin mətnini təqdim edir:

Hörmətli Prezident!

Sizə Azərbaycanın, həm də türk dünyasının tanınmış həkim-cərrahı, "Şöhrət" ordenli Hacı Cəfər Məşədi Əsəd oğlu Quliyev müraciət edir.

Möhtərəm Prezident, xalqımız Sizi türk dünyasının böyük lideri, Azərbaycanın sədaqətli dostu kimi tanıyır və sevir. Ona görə də Azərbaycanın qeyrətli, mərd və vətənpərvər oğlu, türk olması ilə hər yerdə, hər zaman fəxr edən "Palmali" Şirkətlər Qrupunun yaradıcısı və sahibi Mübariz Qurban oğlu Mənsimovun 15 mart 2020-ci il tarixdə İstanbulda Respublika Baş Prokurorluğu tərəfindən saxlanılması və sonra məhkəmə qərarı ilə həbs edilməsi Azərbaycanda haqlı olaraq inanılmaz heyrət və təəccüb doğurdu. Çoxlarımız bunu bir anlaşılmazlıq kimi qəbul etdik, tezliklə onun buraxılacağını düşündük. Axı, dost dostu həbs etməz, dost dosta göz üstündə yer verər.

Ancaq çox təəssüf ki, artıq iki aydır ki, xalqımızın sevimli oğlu, xeyriyyəçiliyi ilə milyonların sevgisini qazanmış Mübariz Mənsimov düşmən ölkənin - Ermənistanın yox, dost, qardaş Türkiyənin zindanında saxlanılır.

Axı, elə bir xeyirxah iş adamının, bütün fəaliyyəti ilə daim Türkiyə-Azərbaycan dostluğunun gücləndirilməsinə xidmət edən bir adamın Türkiyə-Azərbaycan sevgisindən başqa suçu nə ola bilər ki, qardaş Türkiyə onun nə əsasla saxlanıldığını bugünədək də aydın şəkildə bildirmədən məhbəsdə saxlanmasını davam etdirir? Bu, heç bir dostluğa, qardaşlığa sığan bir iş deyil. Əgər onun hansısa bir suçu varsa belə, məsələ aydınlaşanadək ona ev dustaqlığı vermək olmazdımı? Axı, Allah eləməsin, Mübariz Mənsimov kiminsə ölümünə səbəb olmuş qatı cinayətkar deyil ki, Azərbaycana "can Azərbaycan!" deyib, qucaq açan qardaş Türkiyə ona qarşı bu cür sərt, qəddar münasibət göstərsin.

"Palmali" Şirkətlər Qrupunun Türkiyədə geniş, səmərəli fəaliyyəti Sizə və bütün türk xalqına yaxşı məlumdur. Onu da bilirsiniz ki, məhz Mübariz Mənsimovun gəmiçilik qrupu Türkiyə büdcəsinə ən çox - milyardlarla dollar vergi ödəyib. O, Azərbaycanla yanaşı Türkiyəni də özünə vətən seçib. Türkiyə sevdalı belə bir adamı həbsxanaya atmaq haqsızlıq, ədalətsizlik, Azərbaycana qarşı sayğısızlıq deyilmi? Axı, Azərbaycan heç vaxt Türkiyə vətəndaşına qarşı bu cür ədalətsiz hərəkət etməzdi.

Hörmətli cənab Prezident, mən Sizə ömrümün ixtiyar çağında müraciət edirəm. Mənim 86 yaşım var. 50 ildən çox bir müddətdə həkim-cərrah işləmişəm. Minlərlə adamı, eləcə də bir-neçə Türkiyə vətəndaşını ölümdən xilas etmişəm. Təsadüfi deyil ki, 15 il əvvəl İstanbul qəzetlərindən birində mənim haqqımda "Türk dünyasının məşhur cərrahı" adlı böyük məqalə də verilmişdi. Mənim Türkiyəyə olan sevgimin yaşı da elə öz yaşım qədərdir. Çünki mən Türkiyə ilə həmsərhəd olan Naxçıvanda dünyaya gəlmişəm. Və həmişə Arazın o tayına böyük arzu-ümidlə, sevgi ilə baxmışam. Hələ tələbəlik illərində Sovetlərin qadağasına baxmayaraq, həmişə ulu Atatürkün şəklini başım üstdə, ürəyimdə saxlamışam. Türk Cümhuriyyətinin yaradıcısı, qurucusu olan o dahi insana mənim və bütünlükdə xalqımızım sevgisi sonsuzdur.

Mübariz Mənsimovun dost, qardaş Türkiyədə həbsi məni bu ahıl yaşımda çox narahat edir, hədsiz dərəcədə üzür. Və bir Allah adamı kimi düşünürəm ki, onun haqsız həbsinə görə bugünlər yəqin ki Ulu Atatürkün də ruhu narahat və incikdir.

Möhtərəm cənab Prezident, bütün xalqımız kimi mən də Mübariz Mənsimovun həbsinə çox acıyır və bir ağsaqqal kimi Sizdən onun tezliklə azadlığa buraxılmasını xahiş edirəm. Allah eləməsin, Mübarizin başına bir iş gələrsə, Azərbaycan xalqı və bütün türk dünyası bunu heç kəsə və heç zaman bağışlamayacaq. Yəqin ki, bunu heç Siz də özünüzə bağışlamazsınız.

Hörmətli cənab Prezident, inanıram ki, Siz bir Allah adamı kimi ulu Tanrımızın bəşər övladına mərhəmətlilik nümunəsini, Türkiyə və Azərbaycanın minilliklərlə davam edən tarixi dostluq və qardaşlığını, humanistlik prinsiplərini əsas tutaraq, xalqımızın sədaqətli oğlu Mübariz Mənsimovun tezliklə azad olunmasına qərar verəcəksiniz.

Sizə qarşı böyük və dərin ehtiramla:
həkim-cərrah
Hacı Cəfər Məşədi Əsəd oğlu Quliyev.


Təqdim etdi: Rəhman ORXAN.

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar