Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

İmişlidə Vilyam Hacıyevlə bağlı gecikmiş aksiya

Tarix: 17-05-2020 15:48     Baxış: 3198 A- / A+
İmişlidə Vilyam Hacıyevlə bağlı gecikmiş aksiya

İmişlidə rayon səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, təkrar rüşvət alma, vəzifə saxtakarlığı faktlarına görə İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmiş (6 may 2020-ci tarixli sərəncam) Vilyam Hacıyevin qanunsuz əməllərinin ictimailəşdirilməsi üçün aksiya həyata keçirilib.

Manevr.az xəbər verir ki, Prezident tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan İmişli rayon İcra Hakimiyyətinin keçmiş başçısının cinayət əməlləri haqqında məlumatların rayon sakinlərinə çatdırılması üçün İcra Hakimiyytətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları müxtəlif tədbirlər keçirirlər. İdarə və müəssisələrin işçiləri və çoxmərtəbəli yaşayış binasının sakinləri ilə görüşlər keçirilir, onlara bu halların dövlətçiliyə və xalqa xəyanət olduğu çatdırılır.

Lakin rayon sakinləri illərdir İmişlini çapıb-talayan eks-icra başçısı ilə bağlı keçirilən bu tədbirləri gecikmiş aksiya hesab ediblər.

Xatırladaq ki, İmişli rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini hazırda birinci müavin Səfa Ağayev icra edir.

Vilyam Hacıyevi məhkəmə ilkin olaraq 4 aylıq həbsə məhkum edib. O, Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 179-cu (mənimsəmə) və 311-ci (rüşvət alma) maddələri üzrə ittiham olunur. İstintaq yekunlaşandan sonra sabiq icra başçısına daha uzunmüddətli cəza kəsiləcəyi gözlənilir.

Özü həbs olunan sabiq icra başçısının oğlu Məhəmməd Hacıyev isə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və İnformasiya Təminatı İdarəsinin prokuroru vəzifəsindən azad olunub./modern.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar