Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Respublika Klinik Xəstəxanası koronavirusa görə bağlanıb? - AÇIQLAMA

Tarix: 17-05-2020 13:29     Baxış: 3186 A- / A+
Respublika Klinik Xəstəxanası koronavirusa görə bağlanıb? - AÇIQLAMA

“Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanası 1 həftə müddətinə müvəqqəti olaraq bağlanıb. Amma bu, koronavirusla bağlı deyil. Yəni xəstəxanada virusa yoluxma faktı yoxdur”.

Manevr.az xəbər verir ki, bunu modern.az-ın sorğusuna cavab olaraq, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva bildirib.

R.Əliyeva qeyd edib ki, xəstəxana ilə bağlı yeni qəbul qaydaları müəyyənləşdirilir:

“Bu səbəbdən də xəstəxanada yeni qəbullar dayandırılıb. Amma hazırda xəstəxanada olan xəstələrin müalicəsi davam etdirilir. Bir həftə müddətində xəstəxanada sturktur dəyişikliyi olacaq, yeni qəbul qaydaları, tibb müəssisəsinə giriş-çıxış müəyyənləşəcək. Həmçinin profilaktika məqsədilə dezinfeksiya işləri həyata keçiriləcək”.

Qeyd edək ki, bəzi mətbuat orqanlarında Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında tibb işçiləri arasında koronavirusa yoluxma halının baş verməsi və xəstəxanın fəaliyyətini dayandırması ilə bağlı məlumatlar yayılıb. Bildirilib ki, xəstəxananın Ginekologiya Şöbəsində doğuşa gələn bir qadından virus tibb işçilərinə yayıldığında bu axşamdan xəstəxana fəaliyyətini dayandırıb.

Məlumata görə, xəstəxananın bütün tibb personalından “COVİD – 19” testi götürüləcək. Yalnız bundan sonra xəstəxananın tam fəaliyyətini dayandırıb-dayandırmamasına qərar veriləcək.

Tibb ocağının Qəbul şöbəsi Gununsesi.org-un sorğusuna cavab olaraq, xəbəri təsdiqləyib.

Bildirilib ki, tibb müəssisəsinin açılacağı personalın test nəticələrindən sonra bəlli olacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar