Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Keçmiş baş həkim nazirliyi məhkəməyə verdi:“Hər ay icra başçısına 2 min verirdim”

Tarix: 17-05-2020 05:54     Baxış: 5325 A- / A+
Keçmiş baş həkim nazirliyi məhkəməyə verdi:“Hər ay icra başçısına 2 min verirdim”

Son aylarda 5 rayonun icra başçısının DTX tərəfindən həbs edilməsi zamanı başçı ilə yanaşı rayonun digər vəzifəli şəxslərinin də həbsi baş tutdu.

Buna misal olaraq Biləsuvar Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Xoşbəxt Ağayevanın həbsini göstərmək olar.

Bu gün haqqında danışaçağımız şəxs isə Füzuli Müalicə Diaqnostika Mərkəzinin keçmiş baş həkimi Cümşüd Məmmədov olacaq.

Onun iddiasına görə vəzifədən azad olunmaqla bağlı ərizəsi 2019-cu ilin oktyabr ayının 10-da Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov tərəfindən zorla alınıb.

Bunula bağlı keçmiş baş həkim Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi yazaraq Səhiyyə Nazirliyinin cavabdeh qismində tanınması şərti ilə əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə pul tələbini irəli sürüb. Göstərib ki, işlədiyi dövrdə intizam və inzibati cəza almayıb, tutduğu vəzifəni layiqincə yerinə yetirib.

C. Məmmədov açıqlamasında bildirib ki, işdən azad olunmasında Füzuli Rayon İcra başçısı Alı Alıyev, Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri işləyən Gülmirzə Poladov və Füzuli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Natiq Şükürov triosunun rolu olub:

“Məni Gülmirzə Poladov yanına çağırdı dedi nazirliyə kömək elə. Mən də dedim ki, pul qazanmıram, pul da vermirəm. O da dedi ki, ərizəni xoşluqla yazmasan kollegiyanın qərarı ilə çıxaracayıq. Elə də çıxardanda başqa yerdə işləmək olmur. Mən də məcbur olub yazdım.

Onu da bildirim ki, 2013-cü ildən icra başçısı Alı Alıyevə hər ay şəxsən özünə 2000 manat verirdim. Maaşımı alırdım üstünü də düzəldib aparırdım. Sonra Natiq Şükürov öz qohumunu yerimə təyin etmək üçün başçı ilə danışığa gedib. Füzulidə hamı bilir ki, mən pul alan deyildim. Məni adlarını sadaladığım 3 nəfər birləşib işdən çıxmağıma səbəb oldular”.

Qeyd edək ki, Fizuli Rayon Diaqnostika Mərkəzinin fəaliyyətə başladığı gündən orada baş həkim vəzifəsini daşıyan Məmmədov Cümşüd Məmməd oğlu vəzifəsindən uzaqlaşdırılması zamanı müəssisədə çalışan 215 nəfər əməkdaşın tam əksəriyyəti, bu şəxsin işdən çıxarılmasına kəskin etirazlarını ifadə etsələr də, nədənsə həmin şəxslərin etirazlarına bir kimsə məhəl qoymayıb. Onun yerinə Natiq Şükürovun qardaşı oğlu, bu təyinata qədər Horadiz Şəhər Mərkəzi Xəstəxanasının baş həkimi olmuş Şaiq Şükürov təyin edilib.

Onu da bildirək ki, 63 yaşlı Cümşüd Məmmədov Fizuli rayonunun Yuxarı Əbdürrəhmanlı kənd sakinidir və bu kənd erməni quldurları tərəfindən işğal olunarkən, bu şəxsin atası, qardaşı döyüş əməliyyatlarının gedişi zamanı şəhid olurlar. Yəni, sabiq baş həkim şəhid ailəsinin üzvüdür.

C. Məmmədovun səs yazısını təqdim edirik:

İttihamlarla bağlı tərəflərin mövqeyini dərc etməyə hazırıq. (yeni sabah)

Manevr.az

Keçmiş baş həkim nazirliyi məhkəməyə verdi:“Hər ay icra başçısına 2 min verirdim”

Keçmiş baş həkim nazirliyi məhkəməyə verdi:“Hər ay icra başçısına 2 min verirdim”

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar