Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Füzulidə meteoroloji radiopelenqator aşkarlandı -ŞƏKİLLƏR

Tarix: 16-05-2020 04:41     Baxış: 4299 A- / A+
Füzulidə meteoroloji radiopelenqator aşkarlandı

Mayın 15-də Dövlət Sərhəd Xidmətindən Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Füzuli rayonu, Arayatlı kəndi ərazisində təqribi çəkisi 300 qram, hündürlüyü və diametri 20 sm ölçüdə, üzərində 7 metr ipək ip olan şübhəli əşyanın tapılması barədə məlumat daxil olub.

ANAMA-dan verilən məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator aşkar olunub, aidiyyəti üzrə təhvil verilib.

Metroloji radiopelenqatorun ətrafında 100 kv.m əraziyə yerüstü, 125 kv.m əraziyə isə yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb. lent.az

Manevr.az

Füzulidə meteoroloji radiopelenqator aşkarlandı
Füzulidə meteoroloji radiopelenqator aşkarlandı
Füzulidə meteoroloji radiopelenqator aşkarlandı
Füzulidə meteoroloji radiopelenqator aşkarlandı

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar