Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bağlanan banklarda əmanətləri olanların nəzərinə!

Tarix: 15-05-2020 22:11     Baxış: 4162 A- / A+
Bağlanan banklarda əmanətləri olanların nəzərinə!


Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu "Amrah Bank" və "Atabank" ASC-lərin əmanətçilərinə müraciət edib.

Manevr.az-ın məlumatına görə, müraciətdə deyilir:

Əmanətçilərdən kompensasiyaların alınması üçün "Kapital Bank” ASC-nin müvafiq filiallarına müraciət edərkən kompensasiyaların ödənilməsi prosedurlarına uyğun olaraq əmanət müqaviləsini (əlavələrlə birlikdə), əmanət kitabçasını, əmanətin sahibliyini təsdiq edən digər sənədlərin (hesabdan cıxarışların) və şəxsiyyəti təsdiq edən sənədin təqdim olunması xahiş olunur.

Qorunan əmanətçilər ərizə formalarını iyunun 1-dən "Kapital Bank”ın müvafiq filiallarından və www.adif.az internet-saytından əldə edə bilərlər. Kompensasiyaların ödənilməsi ilə bağlı "Kapital Bank”ın müvafiq filial şəbəkəsi barədə əlavə məlumat veriləcək.

Qorunan əmanətçilər hesabdan çıxarışları mayın 20-dən "Amrah Bank”ın Bakı şəhərində yerləşən filialları üzrə Xocalı prospekti, 36 A ünvanında yerləşən baş ofisindən və "Atabank"ın Bakı şəhərində yerləşən filialları üzrə Şəmsi Bədəlbəyli küçəsi, 102 ünvanında yerləşən baş ofisindən, digər şəhər və rayon filialları üzrə isə bankların müfaviq filiallarından əldə edə bilərlər.

"Əmanətlərin sığortalanması haqqında” qanuna əsasən, Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar