Sizin Reklam Burada
Xəbər lenti
01 iyun
31 may
BÜTÜN XƏBƏRLƏR

Məcburi köçkünlər Artur Rəsizadənin qərarından narazıdır - AÇIQLAMA

Tarix: 14-05-2020 13:39     Baxış: 460 A- / A+
Məcburi köçkünlər Artur Rəsizadənin qərarından narazıdır - AÇIQLAMA

Nazirlər Kabinetinin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı etiraz doğurub.

Manevr.az xəbər verir ki, bu barədə oxu.az-a 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd Seçki Dairəsindən Milli Məclisə deputat seçilən Elman Məmmədov deyib.

Həmin qərarda məcburi köçkünlərə müavinətlərin ödənilməsi qaydası öz əksini tapır.

E.Məmmədov qeyd edir ki, qaydanın ikinci maddəsinə əsasən, məcburi köçkün özünə ev tikibsə, ona müavinət verilmir.

“Digər bənddə isə qeyd olunur ki, məcburi köçkün olan qadın bu kateqoriyadan olmayan bir nəfərə ərə gedibsə, onun müavinəti kəsilsin”, - deyə E.Məmmədov əlavə edib.

Parlamentarinin fikrincə, vaxtilə bəzi məmurların hesabına qəbul edilən həmin qərarın heç bir hüquqi əsası yoxdur.

“Həmin məmurlar öz yerlərini şirin salmaq üçün guya büdcə vəsaitlərinə qənaət etmək məqsədi güdüblər. Halbuki, büdcəyə həmin məmurların dağıtdığı milyonlarla qənaət etmək lazımdır, məcburi köçkünə verilən “çörək pulu” ilə yox”.

Deputat qeyd edir ki, Nazirlər Kabinetinin həmin qərarı ilə bağlı məcburi köçkünlərdən ona çoxsaylı şikayətlər daxil olur: “Müraciətlərdə bu qərardan narazılıq ifadə olunur”.

E.Məmmədov hesab edir ki, məcburi köçkünlərin evi, maşını varsa, bu, onlara verilən müavinətlərin kəsilməsi anlamına gəlməməlidir.

“Həmin şəxslərin məcburi köçkün statusu var, buna görə onlara verilən müavinətləri, “çörək pulunu” kəsmək yolverilməzdir. Məcburi köçkün statusu ləğv olunub? Xeyr. Həmin şəxs məcburi köçkün olmayan biri ilə ailə qurursa, bunun məsələyə nə dəxli var?!”

E.Məmmədov bildirib ki, qərarın ləğv edilməsinə və ya dəyişdirilməsinə çalışır.

“Hesab edirəm ki, Baş nazir Əli Əsədov bu məsələyə yenidən baxacaq və qərarda düzəlişlər edilməsinə nail olunacaq”.

Xatırladaq ki, adıçəkilən qərar qeyd olunan tarixdə Baş nazir olan Artur Rəsizadə tərəfindən verilib.

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar