Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Artıq bu şəxslər də ünvanlı sosial yardım ala biləcəklər

Tarix: 13-05-2020 17:21     Baxış: 4184 A- / A+
Artıq bu şəxslər də ünvanlı sosial yardım ala biləcəklər


Krediti olanlar da ünvanlı sosial yardıma müraciət edə biləcəklər.
Bununal bağlı olaraq “Ünvanlı Dövlət Sosial Yardımı haqqında” qanuna dəyişiklik nəzərdə tutulur.


Bu barədə məlumat verən deputat Vüqar Bayramovun sözlərinə görə, məsələ Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin mayın 12-də keçirilən iclasında da müzakirə olunub. “Belə ki, yeni dəyişkliklərə görə, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması meyarları da nəzərə alınacaq. Adıçəkilən sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə bu barədə məlumat 7 iş gün ərzində dövlət qurumuna bildirilməli idisə, təklif olunan dəyişikliklər təsdiq olunduqdan sonra bu müddət 15 iş gününədək uzadılacaq. Dəyişikliklərə əsasən, elektron məlumatlarda dəyişiklik baş verdiyi halda ünvanlı sosial yardım alan vətəndaşın bu barədə icra qurumunu məlumatlandırmasına artıq ehtiyac yoxdur. Sözügedən sosial yardımın verilməsi müddəti 2 ildən 1 ilə endirilir və bununla da həmin ailələrin aktiv məşğulluğa cəlb edilməsi hədəflənir. Sosial yardıma müraciət qaydalarında da dəyişiklik nəzərdə tutulur. Belə ki, mövcud qaydalara görə, kredit öhdəliyi olan vətəndaşın ünvanlı sosial yardıma müraciət hüququ məhdudlaşdırılır. Amma yeni qaydalar təsdiq olunduqdan sonra krediti olanlar da ünvanlı sosial yardıma müraciət edə biləcəklər. Eyni zamanda aliment gəlir və ya xərc kimi nəzərə alınmayacaq və bu da aztəminatlı ailələrin yardıma müraciət imkanlarını artıracaq”- deputat bildirib.
V. Bayramov qanuna dəyişiklikjlərlə bağlı aşağıdakı təklifləri verib:

“ Ünvanlı dövlət sosial yardıma müraciət zamanı kommunal xərclərin payı ilə bağlı müəyyənləşdirilən limitlər artırılması məqsədəuyğun olardı. Bu daha çox sayda aztəminatlı ailələrə ünvanlı sosial yardıma müraciət imkanı yarada bilər. Hazırda adambaşına düşən kommunal xərc yaşayış minimumun 10 faizindən çox olduğu halda ailə ünvanlı sosial yardıma müraciət edə bilmir. Yəni, ünvanlı sosial yardıma müraciət üçün ailədə adambaşına kommunal xərcin məbləği aylıq 19 manatdan çox olmamalıdır. Qeyd edim ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kommunal xərclərin payının artırılması ilə bağlı danışıqlar aparıldığını bildirdi. Dəyişikliklər qəbul olunduqdan sonra bu limit adambaşı 19 manatdan 27 manatadək çatdırılacaq. Bu o deməkdir ki, 4 nəfərlik ailədə kommunal xərc üçün limiti 76 manatdan 108 manata çatdırılacaq. Bu isə daha çox aztəminatlı ailə üçün ünvanlı sosial yardım müəyyənləşdirilməsinə imkan yaradacaq;
- Ünvanlı sosial yardım üçün müəyyənləşdirilən müddətin 1 il olduğunu nəzərə alaraq təklif etdim ki, sosial yardım təyin edilən birinci ildə aztəminatlı ailənin gəlirlərində dəyişiklik baş vermədiyi halda sosial yardımın təyin edilməsi müddəti daha bir il uzadılsın. Yəni, aztəminatlı ailəyə 1 illik sosial yardım müəyyənləşir və həmin il ərzində ailənin gəlirləri dəyişmədiyi halda “zaman ekstenşini” olsun və ailə üçün avtomatik ikinci il üçün də sosial yardım təyin olunsun;

- Ünvanlı dövlət sosial yardım proqramının re-brendiqi həyata keçirilməsini tövsiyyə etdim. Bu proqrama olan inamın və eləcə də səmərəliliyin yüksəlməsinə səbəb ola bilər”.

Deputat eyni zamanda ehtiyac meyarı, yaşayış minimum və gəlir və xərclərin hesablanması metodologiyası ilə bağlı təkliflərini də təqdim edib.
Bütövlükdə, həm qanuna, həm də qaydalara ilə ediləcək dəyişikliklər mütərəqqidir və ünvanlı sosial yardıma əlçatanlığı artıracaq./ölkə.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar