Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Nazirlikdən bu pensiyaçılara müraciət - Dəyişiklik olacaq

Tarix: 09-05-2020 16:10     Baxış: 4188 A- / A+
Nazirlikdən bu pensiyaçılara müraciət - Dəyişiklik olacaq


Əhaliyə xidmətin keyfiyyətinin artırılması və idarəçiliyin təkmilləşdirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) strukturunda növbəti dəyişiklik edilib.

Nazirlikdən verilən məlumata görə, bununla əlaqədar Xəzər və Pirallahı rayonları üzrə əmək şəraitinə görə güzəştli qaydada pensiya təyin edilmiş və əmək pensiyasına qulluq stajına görə əlavələr müəyyən olunmaqla pensiya təyin edilmiş şəxslərin (dövlət qulluqçuları, xüsusi rütbəli şəxslər və b.) pensiya işləri DSMF-nin həmin rayonlar üzrə şöbələrindən Fondun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə verilib.

Bununla əlaqədar həmin şəxslərə pensiya ödənişinin daha tez həyata keçirilməsi, yəni onların pensiyalarının 2020-ci ilin may ayından etibarən hər ayın 14-16 aralığında ödənilməsi təmin olunacaqdır.

Eyni zamanda, Xəzər və Pirallahı rayonları üzrə qeyd edilən pensiyaçılar (güzəştli və xüsusi şərtlərlə pensiya təyin olunmuş şəxslərdən) pensiya məsələləri ilə bağlı bundan sonra Fondun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət edə bilərlər.

İdarənin ünvanı: Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti – 43; əlaqə nömrələri: (012) 563-55-46, (012) 563-55-47.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar