Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

"190 manat ala bilməyənlərə iş təklif etsək də, imtina etdilər" - Fazil Talıbov

Tarix: 07-05-2020 17:45     Baxış: 2206 A- / A+
"190 manat ala bilməyənlərə iş təklif etsək də, imtina etdilər" - Fazil Talıbov


Birdəfəlik ödəmə proqramı hazırkı şəraitdə sosial dəstək tədbirlərindən yalnız biri idi. Müvafiq meyarlara uyğun olmadıqlarına görə imtina mesajları gələn şəxslər də diqqətdən kənarda deyil. Onların rifahına dəstək olacaq tədbirlərə cəlb edilməsi üçün imkanlar genişdir. Belə şəxslər istədikləri halda ödənişli ictimai işlər və digər aktiv məşğulluq proqramlarına cəlb edilə bilər.

Bunu açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov deyib:

"Təkcə son 3 gündə imtina mesajı ilə bağlı bizə müraciət edən, işsiz və aztəminatlı olduqlarını, 190 manata ehtiyac duyduqlarını israrla bildirən 4400 vətəndaşımıza dəstək olmaq, 190 manatdan daha çox məvacibli, əmək müqaviləsi əsasında ödənişli ictimai işlər təklif etdik. Lakin onlardan cəmi 21-i (0,5 faizi) bu işlərdə çalışmaq istədiyini bildirdi. Qalanı isə işləməkdən imtina etdi, hətta bu təklifə əhəmiyyət belə vermədilər.

Maraqlıdır: işsiz, aztəminatlı olduğunu deyən şəxs cəmi iki ay verilməsi nəzərdə tutulan 190 manatı niyə əmək müqaviləsi əsasında iş yeri qazanmaqdan üstün tutur?!"

O bildirib ki, bunun səbəbini iki amillə bağlamaq olar: "Ya həmin insanlar işsiz olduqlarını desələr də əslində gəlirsiz deyillər. Bu da onların 190 manata ehtiyaclarının olmadığını, onlara göndərilən imtina mesajlarındakı səbəblərin dəqiq müəyyən olunduğunu göstərir. Ya da həmin şəxslər sadəcə işləmək istəmirlər.

Bundan sonra da aktiv məşğulluq proqramlarımız getdikcə genişlənəcək və işləmək istəyən hər bir şəxsə bu proqramlara cəlb olunmaq imkanı yaradılacaq".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar