Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda bu sahə üzrə yeni şirkət yaradılır — Nizamnamə kapitalı dörd milyon manatdır

Tarix: 07-05-2020 10:38     Baxış: 4202 A- / A+
Azərbaycanda bu sahə üzrə yeni şirkət yaradılır — Nizamnamə kapitalı dörd milyon manatdır


Azərbaycanda aqrar sığorta haqlarının yığılması ilə məşğul olacaq ayrıca sığorta şirkətinin - idarəedici qurumun yaradılmasına başlanılıb.


Manevr.az xəbər verir ki, bu barədə report-a sığorta bazarındakı mənbə məlumat verib.

Bildirilib ki, söhbət Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Sığorta Fondu əməkdaşlıq edəcək ASC-dən gedir.

“Qanuna görə, Fond sığorta haqlarının yığılmasına ilə məşğul ola bilməz, bunun üçün ayrıca idarəedici qurum olmalıdır və hazırda həmin kommersiya qurumu ölkənin qeyri-həyat sığorta şirkətlərinin iştirakı ilə yaradılmaqdadır”, - deyə o qeyd edib.
Mənbənin sözlərinə görə, yığımla məşğul olacaq yeni şirkətin nizamnamə kapitalının 2-4 milyon manat arasında olması nəzərdə tutulub:

“18 qeyri-həyat sığortası şirkətinin hamısına yeni qurumdan pay almaq təklif olunub. Onlardan artıq dördü – “A-Qrup Sığorta”, “Amrah Sığorta”, “Rəvan Sığorta” və “Standard Insurance” Sığorta Şirkəti idarəedici qurumun nizamnamə kapitalına investisiya qoymaqdan imtina edib.

Qalan 14 sığorta şirkəti isə hələlik mövqeyini bildirməyib, amma yəqin ki, onların da arasında bu layihəyə “yox” deyənlər olacaq.

Ümumiyyətlə, bu bir qədər vaxt aparan prosesdir. Çünki əvvəlcə sığorta şirkətləri səhmdarlarının ümumi yığıncağını çağırıb ayrı-ayrılıqda buna qərar verməlidirlər. Daha sonra bu məsələ Azərbaycan Mərkəzi Bankı ilə razılaşdırılmalıdır. Çünki prudensial normalar var. Bu mərhələ də keçildikdən sonra idarəedici qurumun yaradılması üçün təsis müqaviləsi imzalanmalıdır”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar