Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənilər Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbərini terrorla hədələyir

Tarix: 07-05-2020 05:05     Baxış: 3186 A- / A+
Ermənilər Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbərini terrorla hədələyir

"Sosial şəbəkələrdə, xüsusilə informasiya müharibəsi konteksində çox aktiv fəaliyyət həyata keçiririk. İnformasiya müharibəsinin hazırda əsas hissəsinin sosial şəbəkələr platformasında həyata keçirildiyini nəzərə alaraq orada da aktiv olmağa məcburuq. Xüsusilə son zamanlar sosial şəbəkələrdə apardığımız fəaliyyətimizə görə bizə çoxlu hücumlar var, hətta bizi ölümlə hədələyirlər".

Bunu Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, deputat Tural Gəncəliyev bildirib.

"Ermənistandan və Dağlıq Qarabağdan olan bəzi aqressiv, radikal qüvvələr növbəti xarici səfərlərimizdə bizi ölümlə təhdid edərək hədəfə götürüldüyümüzü və bizə qarşı terror aktı törədəcəklərini yazırlar. Hətta bəzi erməni sosial şəbəkə istifadəçiləri bizə “Nemezis” terror əməliyyatını xatırladır. Bildiyiniz kimi, “Nemezis” əməliyyatı Osmanlı İmperiyasının ictimai-siyasi xadimlərinə qarşı erməni daşnakları tərəfindən edilmiş terror hadisəsi idi", - deyə T.Gəncəliyev vurğulayıb.

Qeyd edək ki, T.Gəncəliyev bu ilin fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində 122 saylı Xankəndi seçki dairəsindən Milli Məclisə deputat seçilib.

O, 2018-ci ilin dekabrın 20-dən Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasına rəhbərlik edir. mia.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar