Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Millət vəkili və icra başçısının birgə fəaliyyəti Zərdab sakinlərinin sevincinə səbəb olacaq

Tarix: 05-05-2020 21:38     Baxış: 3205 A- / A+
Millət vəkili və icra başçısının birgə fəaliyyəti Zərdab sakinlərinin sevincinə səbəb olacaq

"Ötən həftənin cümə günü Zərdab şəhərinin 1 may küçəsinin keçilməz vəziyyətdə olduğuna və problemin aradan qaldırılması üçün köməklik göstərməyimə dair keçmiş opponentim Jalə Mütəllimova tərəfindən müraciət aldım. Özünə də bildirdiyim kimi, həmin küçənin öz vəsaitimlə cari təmiri üçün bundan 3 il əvvəl əraziyə köməkçimi və yol idarəsinin mühəndisini göndərmişdim. Lakin yerli sakinlər etiraz etdilər. Yolun əsaslı təmir edilməsini və həmin ətrafa kanalizasiya xəttinin çəkilməsini tələb etdilər".

Manevr.az xəbər verir ki, bu sözləri millət vəkili Jalə Əliyeva Zərdab rayonunda yol və kanalizasiya problemi olan ərazilərdə görülməsi nəzərdə tutulan işlər haqqında danışarkən deyib. Millət vəkili təəssüflə bildirib ki, həmin dövrdə müəyyən səbəblərlə sakinlərin yolun əsaslı təmiri ilə bağlı tələblərini yerinə yetirmək mümkün olmayıb:

"Kanalizasiyaya gəlincə, bilirsiniz ki, 2006-2019-cu illər ərzində hər il hökümətin hesabatl və büdcə müzakirələri vaxtı bu problem tərəfimizdən MM-də səsləndirilib. 2011-ci ildə bunun üçün dövlət büdcəsindən vəsait ayrılıb və təmir işləri başlasa da, bir il sonra həmin tikinti işləri, yenə də təəssüf olsun ki, yarımçıq qalıb. Bilməyinizi istəyirəm ki, rayona kanalizasiya xəttinin çəkilişi işlərinin yenidən başladılması və ayrı-ayrı kəndlərimizdə mövcud olan müxtəlif səpkili çətinliklərin aradan qaldırılmasına kömək göstərilməsi üçün bu yaxınlarda hökümətin Milli Məclisdə hesabatı vaxtı Nazirlər Kabinetinə yazılı müraciətimizi ünvanlamışam".
J.Əliyeva onu da qeyd edib ki,2020-ci ilin Parlament seçkilərindən sonra isə, rayonun yeni rəhbəri, hörmətli Mərdan Camalovla rayonda həllivacib məsələlərlə bağlı ətraflı söhbətləri olub:

"Yeri gəlmişkən, cənab Prezident İlham Əliyev tərəfindən ötən ilin noyabr ayında Zərdab rayonuna İcra Başçısı vəzifəsinə təyin edildiyi gündən bəri, rayonun inkişafı, abadlaşdırılması, gözəlləşdirilməsi, əhalinin çoxsaylı müraciətlərinin həlli istiqamətində həyata keçirtdiyi uğurlu fəaliyyət üçün hörmətli qardaşımız Mərdan müəllimi elə buradan təbrik edir, ona təşəkkürlərimi çatdırır və uğurlarının davamını arzulayıram. O, rayonun bütün sahələri üzrə mövcud və ortaya çıxan problemləri sırayla həll eyməyə çalışır. Eyni zamanda yol infrastrukturunun inkişafı, daxili yollarımızın təmir edilməsi işləri də planlı şəkildə həyata keçirilir. Bu çərçivədə Cabbarlı və Axundov küçələri artıq asfaltlanıb. Allahqulubağı-Alıbəyli-Gəlmə kəndlərini birləşdirən yol hazırda təmir edilir, bu günlərdə Dədə Qorqud dairəsindən rayonun girişinə qədər uzanan və şəhərin mərkəzi yolu olan Heydər Əliyev prospektinin təmiri başlayacaq. Gördüyünüz kimi, dayanmadan iş gedir. Növbənin mütləq 1 may küçəsinə də çatacağını zatən bilirdim. Lakin bununla belə, müraciəti cavabsız qoymamaq və imkan daxilində 1 may küçəsinin də qısa zamanda təmirinin başlanması üçün, elə həmin gün rayon rəhbərliyi və yol idarəsinin rəisi Elman Cavadi ilə əlaqə saxladım. Mövcud imkanlarla bizə necə kömək edə biləcəkləri ilə maraqlandım. Sağ olsunlar! Bizi qırmadılar! Elə səhəri gün 1 may küçəsinə texnika göndərdilər. Küçə başdan-ayağa qreyderləndi. Çuxurlar hamarlandı. Dünən köməkçim Firdovsi Eyvazovla birlikdə, gedib yola baxış da keçiriblər. Gəlmə yolunun təmiri bitdikdən sonra isə, mərkəzi prospektə paralel olaraq 1 may küçəsi də bərpa ediləcək və asfaltlanacaq. Mən müraciətimizə belə duyarlı və operativ yanaşdıqları üçün həm Mərdan Camalova, həm də Elman qardaşımıza təşəkkür edirəm. İnanırıq ki, bir-neçə ildən bəri həllini gözlədiyimiz yol ən qısa zamanda öz abadlığı ilə bizləri sevindirəcəkdir, inşallah!"

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar