Sizin Reklam Burada
Xəbər lenti
14-07-2025
13-07-2025
BÜTÜN XƏBƏRLƏR

“Rayonlara getmək üçün bu şəxslərə 2-3 günlük şərait yaradılmalıdır” - Açıqlama

Tarix: 05-05-2020 19:33     Baxış: 3231 A- / A+
“Rayonlara getmək üçün bu şəxslərə 2-3 günlük şərait yaradılmalıdır” - Açıqlama

"Bakıda yaşayan şagirdlərin və valideynlərinin rayonlara getməsi üçün onlara 2-3 günlük şərait yaratmaq lazımdır”.

Manevr.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, martın 3-dən etibarən tədris prosesinin dayanması 1.6 milyon şagirdin evdə qalmasına gətirib çıxarıb:

"Mart, aprel aylarında hava şəraiti evdə qalmağa imkan verirdi. Havaların isinməsi indi bunu bir qədər mümkünsüz edir. Digər tərəfdən isə 31 maya qədər tədris prosesində tətil olacaq. Ona görə də valideynlərə, şagirdlərə rayonlara getməyə icazə vermək lazımdır. Onsuz da bölgələrdə karantin rejimi aradan qaldırılıb. Bu onların həm yaşıdları ilə birlikdə onlayn dərs prosesində iştirak etməyə də şərait yaradar. Bundan başqa, 135 min tələbə Bakıda kirayələrdə yaşayır, amma indi bölgələrdədirlər. 3 aydır onlar boş - boşuna kirayə pulu ödəyirlər. Ən azından tələbələrə imkan vermək lazımdır ki, onlar gəlib qaldıqları yerdən əşyalarını götürsünlər. Hətta müəllimlər var ki, repititor kimi paytaxtda fəaliyyət göstərir, amma mövcud qaydalara görə, Bakıya və ya digər iri şəhərlərə gələ bilmir. Bütün bunlarla yanaşı, hesab edirəm ki, şagirdlərin, insanların bölgələrə getməsi üçün onlara 2-3 günlük şərait yaratmaq lazımdır”.

Kamran Əsədovun sözlərinə görə, artıq evdən çıxmadan şagirdlərin uzun müddət qapalı qalması onlara fiziki və psixoloji mənfi təsir göstərə bilər:

"Nəzərə alsaq ki, Bakıda parklara da giriş məhdudlaşdırılıb, deməli, onalrın sərbəst hərəkəti mümkünsüzdür”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar