Sizin Reklam Burada
Xəbər lenti
04 iyun
03 iyun
BÜTÜN XƏBƏRLƏR

Prezidentin köməkçisi şikayətçiyə zəng etdi: "O, şəxsən məsələ ilə bağlı maraqlandı, dedi ki..."

Tarix: 03-05-2020 03:22     Baxış: 365 A- / A+
Prezidentin köməkçisi şikayətçiyə zəng etdi:

Prezident İlham Əliyev də yeni Baş prokuror Kamran Əliyevi videoformatda qəbul edən zaman Biləsuvarın həbs edilən icra başçısı Mahir Quliyevin əməllərinə də toxunub.

Prezident keçmiş icra başçısının rayonda bir neçə vətəndaşa məxsus torpaq sahəsini ələ keçirməsi barədə məlumat aldğını deyib.

“Artıq dünən mənə məlumat verildi ki, Biləsuvar rayonunun həbs edilmiş icra başçısı bir neçə insanın torpaq sahəsini əllərindən alıb. Bu vətəndaşlar mənə açıq şəkildə müraciət etmişlər və dərhal göstəriş verildi ki, bu məsələ araşdırılsın. Əgər bu siqnal özünü təsdiqləsə, bu torpaqlar həmin vətəndaşlara qaytarılmalıdır. Ona görə prokurorluq orqanları bu işlərdə fəal olmalıdırlar”, - deyə İlham Əliyev vurğulayıb.

Manevr.az “BakıPost”a istinadla bildirir ki, artıq Prezidentin köməkçisi Anar Ələkbərov həmin vətəndaşlardan biri ilə əlaqə saxlayıb.

“Əvvəlcə Heydər Əliyev Fondundan zəng vurub yerin sənədləri ilə maraqlandılar. Sonra isə cənab Prezidentimizin köməkçisi Anar Ələkbərov zəng etdi. O, özü də şəxsən məsələ ilə bağlı maraqlandı, çox səmimi şəkildə dərdimizi dinlədi. Bildirdi ki, əgər bizim dediyimiz kimi olsa, torpaqlar geri qaytarılacaq.

İnanın, dünəndən sevincimizin həddi-hüdudu yoxdur. Bu diqqət bizə ikinci həyat bəxş etdi. Allah cənab Prezidentin, Mehriban xanımın canını sağ etsin”, -deyə Mahir Quliyevdən şikayətçi olan Vaqif Abışov adlı rayon sakini bildirib.








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar