Sizin Reklam Burada
Xəbər lenti
01 iyun
31 may
BÜTÜN XƏBƏRLƏR

Məhkəməyə müraciətin gecikməsi pozuntu kimi qəbul oluna bilməz - RƏSMİ

Tarix: 01-05-2020 06:26     Baxış: 355 A- / A+
Məhkəməyə müraciətin gecikməsi pozuntu kimi qəbul oluna bilməz

“Vətəndaşların məhkəməyə müraciət etməsi üçün bizdə prosessual müddətlər nəzərdə tutulub. Ancaq zənnimcə, xüsusi karantin rejimi dövründə vətəndaşların məhkəməyə müraciət etməsi üçün nəzərdə tutulan müddətlərin ötürülməsi prosessual pozuntu kimi qəbul oluna bilməz”.

Bunu Ədliyyə Nazirliyinin onlayn mətbuat konfransında Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti, Yasamal rayon Məhkəməsinin hakimi Ramin Qurbanov bildirib.

R. Qurbanov deyib ki, hazırda Ali Məhkəmənin Pleniumunun müvafiq qərarına əsasən məhkəmələrdə bu işlər karantin rejiminə görə keçirilmir: "Lakin bu həftədən onlayn məhkəmənin keçirilməsi imkanı yaradılıb. Bu yeniliyin tətbiqi yalnız proses iştirakçılarının istəyi əsasında həyata keçirilə bilər. Çünki bu istək eyni zamanda həmin şəxslərin elektron vasitələrdən istifadə etmək bacarığı, evlərində və ya smartfonlarında internetin olub-olmamasından asılıdır. Vətəndaşı buna məcbur etmək olmaz. Dövlət tərəfindən lazımi tədbirlər görülüb, lazımi şərait yaradılıb. 2-3 günün təcrübəsi onu göstərir ki, bu proseslərdə iştirak edən şəxslər daha gənc təbəqədən olan nümayəndələridir. Hesab edirəm ki, burada prosessual müddətlərin tətbiqi düzgün olmazdı. Ola bilər ki, bir qisim işlərə onlayn məgkəməyə baxılır, digərlərində baxılmır.

Çünki həmin proses iştirakçıları bəzi hallarda cavabdehlər tərəfindən süni olaraq bunun uzadılmasına şərait yaradırlar. Yeniliyin əsas məğzi dövlət tərəfindən vətəndaşlar üçün təxirə salınmadan mübahisələrə baxılması üçün bir imkandır. O vətəndaş ki, bunu tətbiq etmək istəyir və mübahisənin daha qısa müddətə həll etmək istəyirsə, bu, müsbət qarşılanır. Eyni zamanda, məhkəmə mənafeyi baxımından da bu, bizim üçün sərfəlidir. Çünki məhkəmədə iş yükü artır. 2-3 pandemiyanın olması o deməkdir ki, pandemiyadan sonra hakimlərin də iş yükü 25 faiz artacaq". apa

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar