Sizin Reklam Burada
Xəbər lenti
03 avqust
02 avqust
BÜTÜN XƏBƏRLƏR

Bunlar immun sistemini zəiflədir - XƏBƏRDARLIQ

Tarix: 30-04-2020 16:04     Baxış: 499 A- / A+
Bunlar immun sistemini zəiflədir - XƏBƏRDARLIQ

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi “AQTA maarifləndirir” rubrikası çərçivəsində “İmmun sistemini zəiflədən amillər” haqqında maarifləndirici yazı hazırlayıb.

Manevr.az həmin yazını təqdim edir:

Güclü immun sistemi sağlamlığın vacib şərtidir. İmmun sisteminin fəaliyyəti yaş və qidalanmadan asılı olaraq dəyişir. İmmun sistemin zəifləməsinə səbəb olan bir sıra amillər də var:
Ümumi gigiyena qaydalarına əməl etməmək və ya ifrat dərəcədə əməl etmək – Əllərin, dırnaqların, dişlərin, geyim və əşyaların təmiz saxlanması gigiyenanın əsas şərtidir. Ətrafdakı bakteriyalar, viruslar orqanizmə əllər, çirkli əşyalar, yaxşı yuyulmamış ərzaqlar vasitəsilə daha çox daxil olur ki, bu da müxtəlif xəstəliklərin yaranması ilə nəticələnir. Hər bir kəs şəxsi gigiyena qaydalarını vərdişə çevirməklə öz sağlamlığını qorumağı bacarmalıdır. Ətraf mühitin sterilliyi artdıqda da immun sistemin funksiyaları pozulur və avtoimmun xəstəliklərin inkişaf etmə ehtimalı yüksəlir. Hətta məişətdə ağardıcı təmizlik məhsullarının həddindən artıq istifadəsi uşaqların immun sistemini zəiflədir və nəticədə tez-tez xəstələnmələrinə səbəb olur.

Xroniki xəstəliklər - Diabet, xroniki böyrək, qaraciyər və s. xəstəliklərin uzun müddət davam etməsinin immun sistemə mənfi təsiri böyükdür. Xroniki stress - Davamlı stress, gərginlik orqanizmin xəstəliklərə qarşı həssaslığını artırır, immun sisteminin fəaliyyətini aşağı salır.

Yuxusuzluq – Yuxu insan sağlamlığında, o cümlədən immun sistemin fəaliyyətində böyük rol oynayır. Yuxu rejimi pozulduqda orqanizmdə stress halında adrenalin və kortizol hormonların səviyyəsi artırır və nəticədə immun sistemi zəifləyir. İmmunizasiya aktivliyi ləngiyir ki, bu da antitellərin ifrazını və immun cavab reaksiyasının sürətini gecikdirir. Siqaret və narkotik istifadəsi, alkoqolun qəbulu, az hərəkətli həyat tərzi, artıq çəki kimi faktorlar immun sisteminin zəifləməsində aparıcı rola malikdir.

Şəkərdən istifadə - Həddindən artıq şəkər qəbulu immun sistemin fəaliyyətinə mənfi təsir edir, orqanizmin infeksiyalara qarşı müdafiəsini azaldır.

Balanslaşdırılmamış və ya tək tip qidalanma - Normadan artıq, qeyri-sağlam qidalanma immun sistemin fəaliyyətini aşağı salan diabet və piylənmə riskini artırır. Arıqlamaq üçün pəhriz saxlayanların az və ya tək tip qidalanması, həmçinin mikroelement və vitaminlərin qida rasionunda çatışmazlığı immun sistemin funksiyasını azaldır və bu da bədənin xəstəliklərə qarşı müqavimətini zəiflədir.Mövsüm dəyişikliyi - Fəsil dəyişməsi immun sistemin fəaliyyətinin zəifləməsinə ciddi təsir göstərir.

Avtoimmun xəstəliklər (revmatoid artrit və Kron xəstəliyi) zamanı istifadə edilən dərmanlar - Avtoimmun xəstəliyi immun sisteminin komponentlərinin orqanizmin öz hüceyrələrini tanımaması nəticəsində yaranır və nəticədə kəskin allergik reaksiyalara səbəb olur. Buna görə də immun sisteminin fəaliyyətini zəiflətmək üçün istifadə olunan dərmanlar çox zaman sonradan qazanılmış immun sisteminin çatışmazlığına gətirib çıxarır.

İltihabi xəstəliklər zamanı istifadə olunan steroid tərkibli dərmanlar - Dərmanların yüksək dozalarda uzun müddət istifadə olunması immun sistemini zəiflədə biləcək amillərdəndir.
Bunlar immun sistemini zəiflədir - XƏBƏRDARLIQ








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar