Sizin Reklam Burada
Xəbər lenti
26 may
25 may
BÜTÜN XƏBƏRLƏR

İnsanlar qaydalara əməl etməsə, virus yenidən alovlanacaq - Baş epidemioloqdan XƏBƏRDARLIQ

Tarix: 30-04-2020 15:20     Baxış: 463 A- / A+
İnsanlar qaydalara əməl etməsə, virus yenidən alovlanacaq - Baş epidemioloqdan XƏBƏRDARLIQ


"Karantindən çıxış o vaxt olacaq ki, əhali məsuliyyəti dərk etsin və arxayınlığa qapılmasın".

Manevr.az xəbər verir ki, bunu publika.az-a açıqlamasında Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib.
Baş epidemioloq bildirib ki, karantin rejimindəki məhdudiyyətlərin bir qismi aradan qaldırıldığı üçün əhali arasında yoluxma arta bilər: "Yəni bu hal o vaxt baş verə bilər ki, əhali gigiyenik normativlərə əməl etməsin. Bu, adi bir xəstəlik deyil, uzunmüddətli prosesdir. Sosial məsuliyyətdən irəli gələn şəxsi gigiyena və zəruri profilaktik tədbirlərə insanlar mütləq şəkildə əməl etməlidir.

Mövcud məhdudiyyətlər sanitar-epidemioloji şəraitdən asılı olaraq mərhələli həyata keçirilir. Amma epidemioloji vəziyyət tələb edərsə, karantin rejimi yenidən sərtləşdiriləcək. Müvafiq məhdudiyyətlər yenidən bərpa olunacaq. Yəni vətəndaşlarımız karantin tədbirlərinə əməl etmədiyi təqdirdə müddət uzadılacaq".

İ.Ağayev insanların koronavirusun təhlükə riskinin ciddiyyətini dərk etməli olduğunu və karantin qaydalarına riayətin cəmiyyətin xilasına hesablandığını vurğulayıb: "Bir az yumşalma prosesi həyata keçirildiyi üçün insanlar küçələrə axışmağa başlayıb. Bu, ciddi fəsadlara səbəb ola bilər. Demək olar böyük qism maska taxmır və lüzumsuz şəkildə küçələrə çıxır.

İnsanlar qaydalara əməl etməsə, virus yenidən alovlanacaq - Baş epidemioloqdan XƏBƏRDARLIQ


Məhdudiyyət götürülsə belə insanlar profilaktik tədbirlərə, sanitar normalara uyğun davranmasa, yoluxma halları çoxalacaq. Hazırda dünyanın bir çox ölkələrində sərhədlər bağlanıb. O cümlədən dövlətimiz tərəfindən müxtəlif zəruri çarter reyslərini çıxmaq şərtilə may ayının 31-nə qədər sərhədlər bağlanıb. Məhdudiyyətlərin bir qismi aradan qaldırılsa da, kütləvi tədbirlərin həyata keçirilməsi lüzumsuzdur. Kütləvi şəkildə əhalinin toplanmasına icazə verilməməlidir.

Karantindən çıxış o vaxt reallaşacaq ki, dövlət və həkimlər tərəfindən deyilən bütün gigiyenik sanitar rejimə vətəndaşlarımız əməl etsin.

Bizim üçün saatlarla su içmədən, yemək yemədən, heç nəyə toxunmadan 10-12 saat komuflyajın içərisində qalan həkimlərimizə hörmət etməli, əməyinə qiymət verməliyik. Həmin müddət ərzində onlar yarım stəkan su belə içmirlər. ÜST Azərbaycanda koronavirusla mübarizə çərçivəsində həyata keçirilən tədbirləri çox yüksək qiymətləndirdiyini və nümunə göstərdiyini qeyd edib. Bu qiymət ölkə Prezidentinin rəhbərliyi altında həyata keçirilən sistemli tədbirlərin nəticəsidir".








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar