Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Hafiz Hacıyev Bakıda çadır QURACAQ

Tarix: 29-04-2020 17:56     Baxış: 4171 A- / A+
Hafiz Hacıyev Bakıda çadır QURACAQ

"Karantin dövründə Müasir Müsavat Partiyasının qərargahının yerləşdiyi mənzilin kirayə pulunu ödəyə bilmədik. Ona görə indi bizi oradan çıxarmağa çalışırlar".

Manevr.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. O bildirib ki, vəziyyətdən çıxış yolları düşünür:

“Partiyanın qərargahını saxlamaq üçün üzvlərimizə müraciət edəcəm. Müəyyən ianələr toplayaraq, hər hansı şəkildə qərargahı əlimizdə saxlamağa çalışacağıq. Qərargahsız işləyə bilməyəcəyik. Görünür, müəyyən insanların marağındadır ki, biz qərargahsız qalaq. Hətta uzun illərdir, yerləşdiyimiz qərargahdan çıxarsalar belə, çadır qurub, orada işləyəcəyik”.

Hafiz Hacıyev onu da əlavə edib ki, koronavirus dönəmində 324 nəfər partiyanın üzvlüyünə qəbul olunub:

“Mən, demək olar, hər gün partiyanın qərargahında oluram. Evimizə yaxın olduğundan gedib-gələ bilirəm. Partiyanın rayon təşkilat komitələri ilə videokonfranslar keçiririk, qurultaya hazırlaşırıq. Problem olmasa, karantin bitən kimi hazırlıqları yekunlaşdırıb, payıza qədər qurultayımızı keçirəcəyik”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar