Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Rayon qeydiyyatında olanlar Bakıya qayıda biləcək - PLAN

Tarix: 29-04-2020 11:46     Baxış: 4145 A- / A+
Rayon qeydiyyatında olanlar Bakıya qayıda biləcək - PLAN

Ölkədə karantin rejiminin yumşaldılmasından sonra bir çox obyektlərin, iş yerlərinin fəaliyyəti yenidən bərpa edilib. Lakin şəhərlərarası avtobusların işləməməsi səbəbindən bu yerlərdə çalışan və hazırda bölgələrdə qalan şəxslər paytaxta qayıda bilmirlər. Bu isə həmin xidmət sektorlarında müəyyən çatışmazlıqlara səbəb olur.

Manevr.az bildirir ki, məsələ ilə bağlı axar.az-a açıqlama verən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib ki, artıq şəhərlərarası daşımanın icrası ilə bağlı fəaliyyət planı hazırlanıb və belə bir qərar verilərsə, tətbiq ediləcək:

"Şəhərlərarası daşımaların bərpasına dair fəaliyyət planı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən hazırlanıb. Fəaliyyət planına müəyyən istiqamətlər üzrə tədbirlər daxil edilib. Karantin rejiminin gücləndirilməsinə dair qərarla əlaqədar regionlardan qayıda bilməyən Bakı və Sumqayıt şəhəri üzrə qeydiyyatı olan və paytaxtdan qeydiyyatda olduğu regionlara qayıda bilməyən sərnişinlərin, iş yerləri paytaxtda olan, ancaq region qeydiyyatında olan sərnişinlərimizin daşınması üçün bütün zəruri tədbirlərə hazırlıq görülüb. Respublika üzrə 56 avtovağzal və avtostansiyaya gücləndirilmiş rejimdə çalışmalarına dair tapşırıq verilib. Sərnişin axınına uyğun tələbat tam ödənəcək”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar