Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Geyim dükanlarında koronavirus təhlükəsi - Bunlara diqqət edin!

Tarix: 29-04-2020 10:10     Baxış: 3140 A- / A+
Geyim dükanlarında koronavirus təhlükəsi - Bunlara diqqət edin!

Xüsusi karantin rejimi dövründə fəaliyyəti bərpa olunan sahələrdən biri də geyim mağazalarının, ayaqqabı, dəri məmulatlarının satıldığı yerlər oldu. İndi bir məsələ var ki, xüsusilə diqqət tələb edir. Hansı hallarda geyim və digər əşyalar satılan mağazalarda virusa yoluxma ehtimalı arta bilər və bunun üçün hansı qabaqlayıcı tədbirlər görməliyik?

Geyim, saat, mobil cihazlar, bir sözlə ən çox əl toxunulan vasitələr... Bunları xüsusilə qeyd etməyimiz heç də təsadüfi deyil. Çünki geyim mağazalarında satılan paltarların mütəmadi olaraq müxtəlif insanlar tərəfindən uyğunluğunu yoxlamaq məqsədilə geyinilməsi adi haldır.

Bəs necə davranmalıyıq? Satıcılar deyir ki, müştəriyə paltarı geyinib uyğunluğunu yoxlamaq qadağası qoymaq mümkünsüzdür.

Amma bu məsələyə ciddi yanaşıb, ehtiyat tədbirləri görənlər var. Yəni çıxış yolu yox deyil.

Manevr.az xəbər verir ki, Səhiyyə Nazirliyinin ictimai səhiyyə və islahatlar mərkəzinin şöbə müdiri Nabil Seyidov deyir ki, koronavirus ən çox yaxın təmas zamanı bir insandan digərinə keçir. Amma geyim mağazalarında paltarların mütəmadi olaraq müxtəlif insanlar tərəfindən geyinilməsi koronavirusa yoluxma riski yarada bilər. Ona görə də mağazalarda qabaqlayıcı tədbirlərin görülməsi vacibdir.

Nabil Seyidov onu da əlavə etdi ki, hər kəsin gigiyenik qaydalara mütləq qaydada əməl etməsi şübhəli olduğu üçün bu məsələdə mağaza sahibləri diqqətli olmalıdır.

Yəni mağazanın girişində dezinfeksiyaedici məhlullar qoyulmalı, personalın tibbi maska, əlcəkdən istifadə etməsi təmin edilməlidir. Bundan başqa geyim dükanlarında hər ölçüyə uyğun konkret paltar nümunələrindən istifadə olunsa daha yaxşı olar.baku.ws

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar