Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Avtomobillərin texniki baxışı ilə bağlı vacib açıqlama -VİDEO

Tarix: 29-04-2020 09:48     Baxış: 3166 A- / A+
Avtomobillərin texniki baxışı ilə bağlı vacib açıqlama -VİDEO

Xüsusi karantin rejimi ilə əlaqədar avtomobillərin texniki baxışdan keçirilməsinə qadağa qoyulmuşdu. Artıq ötən gündən fəaliyyəti bərpa olunan iş sahələrində çalışan şəxslər avtomobillərini texniki baxışdan keçirə bilərlər. Bununla yanaşı, sürücülük vəsiqəsinin müddəti bitən şəxslər ASAN Xidmətə müraciət etməklə sürücülük vəsiqələrini dəyişdirə bilərlər.

Fəaliyyəti bərpa olunan iş və xidmət sahələrində çalışan, texniki baxış müddəti bitən nəqliyyat vasitələrinin sahibləri artıq avtomobillərini texniki baxışdan keçirə bilərlər.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyevin sözlərinə görə, xüsusi karantin rejimi olduğu üçün ümumilikdə avtomobillərin texniki baxışdan keçməməklə bağlı sürücülərə güzəşt edilib. Ancaq fəaliyyəti bərpa olunan iş və xidmət sahələrində çalışan şəxslər indidən Qeydiyyat İmtahan Şöbələrinə yaxınlaşaraq avtomobillərini texniki baxışdan keçirə bilərlər.

Xüsusi karantin rejiminin yüngülləşməsi ilə əlaqədar 8103 SMS xidmətində 2 indeksi üzrə müxtəlif sahələr üzrə icazələr verilir. "Bu icazələrin müddəti artıq 2 saatdan 3 saata qədər artırılıb. Bunu nəzərə alaraq baş Dövlət Yol Polisi İdarəsi avtomobil sahiblərinə müraciət edərək bildirir ki,sürücülük vəsiqəsinin müddəti bitən, yaxud bitmək üzrə olan şəxslər də ASAN xidmət mərkəzlərinə müraciət edərək sürücülük vəsiqəsini dəyişə bilərlər.

Nəqliyyat vasitələrinin qeydiyyat və təkrar qeydiyyat prosesi də Yol Polisi İdarəsinin qeydiyyat imtahan şöbələrində həyata keçirilir. Sürücülər bunu da nəzərə alaraq avtomobil alqı-satqısı və qeydiyyatını edə bilərlər.


Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar