Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Karantində işsiz qalanların dadına çatan YENİ İMKANLAR

Tarix: 27-04-2020 15:53     Baxış: 4188 A- / A+
Karantində işsiz qalanların dadına çatan YENİ İMKANLAR


Son bir həftə ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İş Mərkəzi vasitəsilə işlə təmin olunanların sayı 54 min nəfərə çatıb. Məlumdur ki, tətbiq olunan karantin rejimlə əlaqədar əksər iş yerləri bağlanıb və buna görə də kütləvi “işsiz ordusu” yaranıb. Görəsən, həmin ödənişli ictimai işlər karantinin işsiz qoyduğu vətəndaşların dadına çata bilərmi?

Manevr.az xəbər verir ki, ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbovun lent.az-a dediyi sözlərə görə, işsiz qalan istənilən vətəndaş məşğulluq mərkəzlərinə müraciət edərək ödənişli işlərə başlaya bilər:

“Ödənişli işlərə başlamaq istəyən işsizlər qeydiyyatda olduqları şəhər və ya rayon məşğulluq mərkəzlərinə müraciət etməlidir. Hazırda 90 min nəfərin ictimai işlərə cəlb olunma prosesi davam edir. Dövlət başçısının göstərişi ilə iş yerlərinin sayı 37 mindən 90 minə çatdırılır. Son günlərdə əlavə olaraq 18 min nəfər də bu işlərə cəlb olunuub. Bununla da ödənişli işlərdə çalışanların sayı 55 min nəfərə çatdırılıb. İşsizlərin cəlbolunma prosesi hazırda davam edir”.

Qeyd edək ki, hazırkı dövrdə işsizlər əmək müqaviləsi ilə ödənişli ictimai işlərdə əsasən dezinfeksiya işlərinin aparılması, tənha yaşlılara və əlilliyi olan şəxslərə sosial xidmətlərin göstərilməsi, eləcə də abadlaşdırma, yaşıllaşdırma, parklara qulluq və s. kimi sahələrdə çalışmağa başlayıblar.

Karantində işsiz qalanların dadına çatan YENİ İMKANLAR

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar