Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

"Uşaq pulu" deyilən müavinət haqqında xəbər-İZAHAT

Tarix: 27-04-2020 13:44     Baxış: 2219 A- / A+
[center]"Uşaq pulu" deyilən müavinət haqqında xəbər-İZAHAT[/center

""Uşaq pulu" mövzusu gündəmdə qalmaqdadır. Amma "uşaq pulu" verilsin təklifini səsləndirənlərin 90 faizi söhbətin nədən getdiyini bilmir".

Manevr.az "sherg.az"-a istinadən xəbər verir ki, bunu Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov deyib.

S.Məmmədov bildirib ki, bu məsələ ilə bağlı təkliflərini hazırlayıb hökumətə təqdim etməyi planlaşdırır:

""Uşaq pulu" deyilən müavinətin dünya praktikasında onlarla növü var. Uşaq doğulana qədər və sonra. Birdəfəlik, aylıq və s. olur. Ünvanlı və ya ünvansız olur. Bu müavinət növünə ailə müavinəti də deyilir. Biz uşaq puluna ailə müavinəti kimi baxsaq onda bizdə ailə müavinəti növü 2006-cı ildən ünvanlı olaraq tətbiq olunur. Söhbət Ünvanlı Dövlət Sosial Yardımından (ÜSDY) gedir. Bizdə "uşaq müavinəti" ünvansız verilə bilməz. Səbəbi sadədəir. Ünvansız olaraq o ölkələr verir ki, əhali artımı mənfi tempə malikdir. Azərbaycanda əhali artımı dünyada ən yüksək yerlərdədir. Hər 1000 nəfərə 8,3 nəfər düşür. Deməli "uşaq pulu" deyilən müavinət ünvanlı olmalıdır. Ünvanlıdırsa deməli paralel iki ünvanlı ailə müavinətinin olması məntiqsizdir. Belədə ÜSDY ləğv olunmalıdır. ÜSDY ləğv olunsa onda yalnız uşağı olanlar ünvanlı yardım ala biləcək".

Ekspertə görə, bu halda "Uşaq pulu" adlanan aylıq müavinət ÜSDY çərçivəsində verilməlidir:

"ÜSDY alan ailələrdəki müəyyən olunmuş yaşdan aşağı uşaqlara görə ÜSDY-ə müəyyən olunmuş miqdarda əlavələr edilir. Məsələn ailədə 8 yaşına çatmayan 3 uşaq var. Hər biri üçün ÜSDY-yə 50 manat artırılır. ÜSDY+150 manat. Məbləğ büdcə imkanından asılı olaraq daha artıq ola bilər. Mən bu təklifimi keçmiş nazir müavini Mətin Kərimovla ayaqüstü müzakirə etmişdim və bu təkliflərimi səsləndirmişdim. Onun xoşuna gəlmişdi".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar