Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Torpaq sahəsi olmayan vətəndaşlar niyə birdəfəlik ödəməni ala bilmir? - RƏSMİ AÇIQLAMA - VİDEO

Tarix: 26-04-2020 22:27     Baxış: 3161 A- / A+
Torpaq sahəsi olmayan vətəndaşlar niyə birdəfəlik ödəməni ala bilmir? - RƏSMİ AÇIQLAMA - VİDEO

Koronavirus pandemiyasından zərər çəkən və hazırda işsiz kimi evdə oturan Göygöl sakininə 190 manatın verilməsindən imtina edilib. Buna səbəb onun adına kənd təsərrüfatı təyinatlı torpağın olması göstərilib. Ancaq Abbasov Dəyanət Arif oğlu bu məzmunlu imtina mesajı ilə razılaşmır. İddia edir ki, onun adında indiyə qədər torpaq mülkiyyəti olmayıb.

Manevr.az-ın xezerxeber.az-a istinadən məlumatına görə, 7 ay əvvəl mülkiyyətində olan torpağı satan Ağdaş rayon, Hüşün kənd sakininə də eyni məzmunlu imtina mesajı gəlib. Halbuki, İsmayılov Sakit Xalis oğlu adına olan sonuncu torpaq mülkiyyətini regional "ASAN Xidmət”də alqı-satqı əməliyyatı aparmaqla satıb.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov bildirdi ki, hər bir müraciət fərdi qaydada araşdırılır. Həmin şəxslərin adında kənd təsərrüfatı təyinatlı torpaqları olduğu üçün onlara imtina mesajı göndərilib. Əks halda belə bir mesaj göndərilmir.

Əmlak Məsələləri Dövlət Xidmətinin sözçüsü Qulu Xəlilov isə ehtimal edir ki, İsmayılov Sakit Xalis oğlu torpağı satdığı adam adına çıxarış almayıb. Alqı-satqı olan zamanı torpağı alan şəxs çıxarış almadıqda, həmin mülkiyyət sistemdə birinci sahibinin adında qalır. Bütün hallarda hər iki vətəndaş məsələnin araşdırılması üçün Əmlak Xidmətinin yerli bölmələrinə, o cümlədən Bakıdakı Əmlak Xidmətləri Məkanına müraciət edə bilərlər. Əgər həqiqətən onların mülkiyyətində təsərrüfat təyinatlı torpağın olmadığı təsdiqlənsə, onlar 190 manatlıq birdəfəlik yardımı almaq üçün verilən sənəd əsasında yenidən müraciət edə bilərlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar