Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

DİN-dən icazəsi olanlara – Xəbərdarlıq

Tarix: 26-04-2020 12:54     Baxış: 3145 A- / A+
DİN-dən icazəsi olanlara – Xəbərdarlıq

İcazəsi olan şəxslər qeyri-iş günlərində evdən başqa iş dalınca çıxacaqlarsa, onlar da məsuliyyəyə cəlb ediləcək.

Manevr.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.

E.Zahidov qeyd edib ki, icazəsi olan şəxslər də digər vətəndaşlar kimi 8103 qısa SMS xidmətindən istifadə etməlidirlər:

"Çünki həmin şəxslərə icazə yalnız işə gedib-gəlmək üçün verilib. İstər jurnalist, istərsə də digər peşə sahibi olsun, verilən icazədən sui-istifadə etməməlidir. Nəzərə almaq lazımdır ki, bütün bu tədbirlər ölkə vətəndaşlarının sağlamlığı üçündür. Kimsə bundan sui-istifadə edəcəksə, barəsində lazımi hüquqi ölçü götürüləcək".

Qeyd edək ki, DİN mətbuat xidmətinin yaydığı məlumatda ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi dövründə xidməti vəsiqə və ya iş yeri haqqında arayış əsasında hərəkətinə yol verilən, eləcə də barəsindəki məlumatlar işəgötürən tərəfindən icaze.e-gov.az portalına daxil edilmiş şəxslərin yalnız həftənin iş günlərində icazə almadan hərəkət edə biləcəyi açıqlanıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar