Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Azərsu” və “Azəriqaz”dan limitlə bağlı AÇIQLAMA

Tarix: 22-04-2020 20:06     Baxış: 4163 A- / A+
“Azərsu” və “Azəriqaz”dan limitlə bağlı  AÇIQLAMA

Koronavirus pandemiyasının yaratdığı sosial-iqtisadi çətinlik fonunda aprel ayından etibarən, vətəndaşların elektrik enerjisindən aylıq istifadə limiti artırılıb.

Qərara uyğun olaraq, aprel və may ayları üçün enerji sərfiyyatı limiti 300 kVt-dan 400 kVt-a qaldırılıb.

Vətəndaşların elektrik enerjisindən istifadə limitinin artırılması fonunda “Azərsu” və “Azəriqaz” kimi qurumların analoji addımı atmamalarının səbəbi maraqlı görünür. Əhali isə indiki vəziyyətdə su və təbii qazdan istifadə limitinin artırılmasını gözləyir.

Manevr.az xəbər verir ki, təbii qazdan istifadə limitinin artırılması imkanları barədə yeniscag.az-a danışan “Azəriqaz”ın mətbuat katibi Ceyhun Səfərov bildirib ki, bu məsələ yalnız müvafiq dövlət qurumları səviyyəsində həll oluna bilər:

“Əhaliyə verilən təbii qazın limitinin tənzimlənməsi “Azəriqaz”ın səlahiyyətində olan məsələ deyil. Limitlə bağlı istənilən qərar Tarif Şurası tərəfindən qəbul olunur.

Ona görə də bir qurum olaraq, limitin azaldılması və ya artırılması ilə bağlı məsələlərə müdaxilə etmirik”.

“Azərsu” ASC mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə bildirib ki, təmsil etdiyi qurum dövlətin qərarı olmadan limiti artırmaq səlahiyyətinə malik deyil:

“Karantin rejimi ərəfəsində limitin artırılması Nazirlər Kabinetinin qərarına əsasən, təyin olunur. Nazirlər Kabinetinin vətəndaşlara verilən suyun limitinin artırılması ilə bağlı bir qərarı yoxdur. Ona görə də, özbaşına hər hansı qərar verə bilmərik”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar