Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ucqar kənd müəllimindən çağırış: “Onlayn imtahanı təklif edənlər buradakı ağır durumu unutmasınlar”

Tarix: 22-04-2020 17:12     Baxış: 4149 A- / A+
Ucqar kənd müəllimindən çağırış: “Onlayn imtahanı təklif edənlər buradakı ağır durumu unutmasınlar”

“Təəssüf ki, mən ucqar dağ kəndində işlədiyəmə görə onlayn dərslər keçə bilmirəm. Kənd şəraiti o qədər də ürəkaçan deyil. Ümumiyyətlə, internet çox zəifdir, bəzi ərazilərdə isə istifadə etmək mümkün deyil”.

Manevr.az bildirir ki, bu sözləri onlayn dərslər barədə azedu.az-a danışan Gədəbəy rayon Günəşli kənd tam orta məktəbin coğrafiya müəllimi Pərvanə Verdiyeva deyib.

Onlayn dərslərin əhəmiyyəti haqqında danışan Pərvanə müəllim kənddəki problemlərə görə texnologiyadan istifadə etməyin mümkünsüz olduğunu vurğulayıb:

“Kənddə “Wi-Fi” sistemi mövcud deyil, hətta sistemin tətbiqi üçün normal telefon xətləri yoxdur. Telefon xətləri olan kəndlərdə də camaat baha başa gələcəyini düşünərək çəkdirməyib.

Şagirdlərimin əksəriyyətində şəxsi telefon yoxdur. Valideynlərin isə bəziləri smartfon, bəziləri isə sadə telefon işlədirlər. Onsuz da internet sürəti o qədər zəifdir ki, adi yazılan mesajı göndərmək üçün bir neçə dəqiqə gözləmək lazımdır, bəzi kəndlərdə isə ümumiyyətlə istifadə mümkün deyil.

Onlayn dərslərin əhəmiyyətinə gəldikdə isə mövcud şəraitdə bu dərslərin keçirilməsi müsbət addımdır. Şagirdlərin dərsdən geri qalmasının qarşısını alır, eləcə də karantin günlərinin səmərəli keçirilməsinə yardımçı olur”.

O, ümumilikdə onlayn dərslərin bütün şagirdləri, məktəbləri əhatə edə bilmək gücündə olmadığını qeyd edib.

Reallığa baxsaq, onlayn dərslər Azərbaycanın bütün bölgələri üçün əlverişli olmadığı aydınlaşar. Ucqar kənd məktəblərində sadaladığım çətinliklər yaranır, həmçinin yaşlı müəllimlərin əksəriyyətində də smartfonlar yoxdur və ya internetdən istifadə edə bilmir. Belə olan halda, həmin fənlər onlayn keçirilmir.

Fikrimcə, onlayn dərslərin keçirilməsi üçün ilk olaraq müəyyən bir şərait yaradılmalıdır.

Valideynlərin də onlayn dərslərə münasibəti müsbətdir. Lakin bunu necə reallaşdırsınlar? Texniki təminat, şəraitsizlik və ya maddi durumları buna imkan vermir. Düzü, mən işlədiyim kənd kiçikdir, əhalisi azdır. Amma bu kənddən ərazisi və əhalisi daha böyük olan kəndlər də var ki, orada da şagirdlər onlayn dərslərdən yararlana bilmirlər".

Orta məktəb müəllimi P. Verdiyeva onlayn imtahan təklif edən şəxsləri ucqar kəndləri unutmamağa səsləyib:

“İmtahanların onlayn keçirilməsini təklif edən insanlar var. Bu nə dərəcə real ola bilər? Şəhər , rayon, şəraiti olan kənd məktəbləri üçün keçirilə bilər. Amma ucqar kəndləri heç kim nəzərə almır, deyəsən.

Ümumiyyətlə, ucqar kəndlər, məncə, artıq unudulub(çox təəssüf). Düşünmək lazimdır ki, onlayn dərs keçə bilməyən məktəb şagirdləri onlayn imtahanı hansı səviyyədə verəcək?!”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar