Sizin Reklam Burada
Xəbər lenti
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Taksi sürücüləri və bərbərlərə — ŞAD XƏBƏR

Tarix: 22-04-2020 12:04     Baxış: 4149 A- / A+
Taksi sürücüləri və bərbərlərə — ŞAD XƏBƏR


Azərbaycanda sabit qəbz və fərqlənmə nişanı əldə etməklə fəaliyyət göstərən vergi ödəyicilərinin sosial sığorta yükünün azaldılması məqsədilə sosial sığorta haqqının regionlar üzrə diferensial qaydada minimum aylıq əməkhaqqının müəyyən misli məbləğində hesablanması, habelə məcburi dövlət sosial sığorta üzrə inzibatçılığın və sosial sığorta ödənişləri üzrə prosedurların sadələşdirilməsi məqsədilə məcburi dövlət sosial sığorta haqqı ödənişlərini də sabit qəbz almaqla həyata keçirmələri təklif edilir.

Manevr.az report-a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin hazırladığı Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən, kiçik və orta sahibkarlığa) vergi güzəştləri və tətilləri mexanizmində bildirilir.
Sənəddə deyilir ki, hazırda Bakıda fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslər 30 manat vergi və 62,5 manat sosial sığorta haqqı ödəyirlər. Onların cəmi vergi və sosial yükü 92,5 manat təşkil edir. Dəyişiklikdən sonra bərbər 30 manat vergi, 15 manat sosial sığorta ayırması həyata keçirəcək və onun cəmi vergi və sosial yükü 45 manata enəcək. Bu, bütövlükdə 47,5% azalma deməkdir.

Hazırda Bakıda taksi fəaliyyəti ilə məşğul olan şəxslər isə 18 manat vergi və 62.5 manat sosial sığorta haqqı ödəyirlər. Onların cəmi vergi və sosial yükü 80,5 manat təşkil edir. Dəyişikliklərdən sonra taksi sürən 9 manat vergi, 30 manat sosial sığorta ayırması həyata keçirəcək, cəmi vergi və sosial yükü 39 manata enəcək. Bu, bütövlükdə 51,5% azalma deməkdir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar