Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bu cür saytlara daxil olsanız, pullarınız oğurlanacaq - VİDEO

Tarix: 21-04-2020 13:21     Baxış: 4170 A- / A+
Bu cür saytlara daxil olsanız, pullarınız oğurlanacaq - VİDEO

Mağazaların bağlanması ilə onlayn satışlar ciddi şəkildə artıb. İndi, demək olar ki, bir çox mağazalar onlayn satışa keçib.

Manevr.az xəbər verir ki, iri şirkətlər alıcıların informasiya təhlükəsizliyini təmin etsə də, bu sahədə yeni olanlar və digər kiçik mağazalardan alış-veriş zamanı bəzi problemlər yaşanır.

Bəzən vətəndaşların kart hesabından pul oğurlanması müşahidə edilir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bununla bağlı bir sıra tövsiyələri var.

Onlayn alış verişə tələbin artması ilə internet dələduzluğunun da sayı artıb.

Karantin rejimi ilə əlaqədar bir çox mağazalar onlayn satışa keçib. Əvvəlcədən bu sistemi quran iri şirkətlər təhlükəsizlik tədbirlərini öncədən nəzərə alsa da, sonradan onlayn satışa keçən mağazalarda bu nəzərə alınmayıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilir ki, vətəndaşlar onlayn alış veriş zamanı hər hansı fırıldaqçılıqla qarşılaşmamaq üçün mütləq qaydada bəzi qaydalara əməl etməlidirlər.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Günel Gözəlovanın sözlərinə görə, hazırda ən geniş yayılan internet fırıldağı fişin üsuludur.

Vətəndaşlara göndərilən spam mesajlar vasitəsilə şəxsi məlumatlar oğurlanır. Buna görə də tanış olmayan heç bir mənbədən gələn məlumatı açmaq tövsiyə olunmur.

Onlayn dələduzluqla qarşılaşan vətəndaşlar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qaynar xəttinə və ya sosial media hesablarına müraciət edə bilərlər. baku.ws

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar