Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

ATXƏM aztəminatlı ailələrə dəstək göstərib

Tarix: 20-04-2020 18:52     Baxış: 3181 A- / A+
ATXƏM aztəminatlı ailələrə dəstək göstərib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünyanın bəlasına çevrilmiş COVİD-19 pandemiyası ilə bağlı mübarizədə işlətdiyi “Biz birlikdə güclüyük” fikirlərinə ilk səs verən, bu aksiyalara qoşulan qurumlardan biri də ölkəmizdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları oldu.

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi də (ATXƏM) bu çağrışlara qoşularaq, QHT-lərə Dövlət Dəstəyi Şurasının Real TV ilə başlatmış olduğu “evdə qal” maarifləndirmə aksiyasına qoşuldu, əhali arasında təbliğat işinin aparılmasında fəal iştirak etdi.

Aprelin 19-da ATXƏM sədri İlham İsmayılovun iştirakı ilə Salyan rayonun Qaraçala, Çadırlı, Bəşirbəyli, Arxarası kəndlərində yaşayan həssas qrup olan yaşlı insanlar ziyarət olundu, onların ayrı-ayrılqda hər birinin xüsusi sağlıq durumları, zəruri ehtiyacları öyrənildi.

Görüşülən el ağsaqqallarının hər biri bu ağır durumdan qurtarmaq üçün dua etdiklərini qeyd edərək, ölkəmizdə geniş tətbiq olunan “evdə qal, cəmiyyəti qoru” aksiyasına da xüsusi əməl etdiklərini bildirdilər.

Daha sonra adı çəkilən kəndlərdə yerli icra qurumlarının dəstəyi, el ağsaqqallarının məsləhəti ilə kənd inzibati ərazilərində olan aztəminatlı, sosial durumu ağır olan ailələr təsbit olundu. ATXƏM və “Klassik-Aİ” şirkətinin onlar üçün nəzərdə tutduğu ərzaq məhsulları həmin ailələrə təslim olundu.

Kənd sakinləri bu ağır sınaq günlərində xalqımızın paylaşmaq, yardımlaşmaq kimi gözəl adət-ənələrini yaşatdığına görə bütün yardımsevər insanlara təşəkkür etdilər.

İnanırıq ki, dünyanın bu ağır durumda olduğu bir vaxtda xalqımızın bu nəcib, gözəl xüsusiyyətləri bütün insanlıq üçün başucalığı olacaqdır. Tanrı verən əllərimizi kəsməsin!

Manevr.az
ATXƏM aztəminatlı ailələrə dəstək göstərib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar