Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Yarımmilyonluq tenderin qalibi olan şirkət kimindir? - İcra başçısının, yoxsa...

Tarix: 19-04-2020 07:08     Baxış: 3296 A- / A+
Yarımmilyonluq tenderin qalibi olan şirkət kimindir?

Oğuz Rayon İcra Hakimiyyəti "Uğan” Məhdud Məsuliyyətli Cəmiyyətlə 599 min 269.45 manat dəyərində müqavilə bağlayıb.

Müqaviləyə əsasən "Uğan” MMC bu məbləğə Oğuz şəhərinin yollarını təmir etməlidir.

Vergilər Nazirliyinin reyestr məlumatlarına əsasən Uğan MMC 14 oktyabr 2005-ci ildə dövlət qeydiyyatına alıb. Nizamnamə kapitalı 22 min 800 manat olan MMC-nin hüquqi ünvanı Oğuz rayonu Baş Daşağıl kəndidir. Uğanın qanuni təmsilçisi isə Əliyev Əmir Allahverdi oğludur.

Apardığımız araşdırmalar nəticəsində bəlli olub ki, Əmir Əliyev vaxtilə Oğuz rayonunda maliyyə şöbəsinin rəisi işləyib. Onun icra başçısı Eyvaz Qurbanovla isti münasibətlərinin olduğu deyilir. Görünür, bu səbəbdəndir ki, Əmir Əliyevin qanuni təmsilçisi olduğu "Uğan” MMC vaxtaşırı Oğuzun infrastruktur layihələri ilə bağlı tenderlərin qalibi olur.

Layihələrin icrasına gəlincə, mediada gedən xəbərlərə görə, "Uğan” üzərinə düşən vəzifəni layiqincə yerinə yetirə bilmir. Materiallarda ayrılan maliyyə vəsaitinin təyinatı üzrə xərclənmədiyi iddia edilir. Hətta Əmir Əliyevin buna görə vəzifədən azad edildiyi deyilir.

Bəzi iddialara görə, ümumiyyətlə, sözügedən MMC icra başçısına məxsusdur. 2013-2014-cü illərdə MMC-nin fəaliyyəti ilə bağlı mediada dərc edilən materiallarda bildirilir: "2013-cü ildə Oğuz şəhərində abadlıq, yolların, səkilərin təmiri. İşıqlandırma işlərinin həyata keçirilməsinə 2 milyon manatdan çox vəsait xərclənib. Lakin səki və arxların təmiri, abadlıq işləri, işıqlandırma, yolların təmir işlərini hayat keçirən "Uğan” MMC-yə köçürülən 1,8 milyon manat vəsaitin bir hissəsi mənimsənildiyi iddia olunur. Həmçinin məlumatda qeyd olunur ki, "Uğan” MMC icra başçısına yaxın bir şəxsə aiddir”.

Maraqlıdır ki, qarşı tərəf bu iddialara heç bir reaksiya verməyib. Hər halda internet üzərindən apardığımız araşdırmalar zamanı belə bir fakt rastımıza çıxmadı. Bizə də qarşı tərəfin mövqeyini öyrənmək müyəssər olmadı. Çoxsaylı cəhdlərimizə baxmayaraq MMC-nin əlaqə telefonlarını tapa bilmədik, icra hakimiyyətindən isə zənglərimizə cavab verən olmadı. yenisabah.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar