Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

İşsiz kimi qeydiyyatdan keçmək üçün vətəndaşın telefon nömrəsi öz adına olmalıdır? - AÇIQLAMA

Tarix: 17-04-2020 21:12     Baxış: 4225 A- / A+
İşsiz kimi qeydiyyatdan keçmək üçün vətəndaşın telefon nömrəsi öz adına olmalıdır? - AÇIQLAMA

"190 manat məbləğində birdəfəlik ödəmənin alınması üçün qeydiyyatdan keçən şəxslərə müvafiq orqanlar tərəfindən cavab verilmə müddəti mümkün qədər qısaldılıb".

Manevr.az trend-ə istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib.
Onun sözlərinə görə, qeydiyyatdan keçənlərə 3 gün ərzində cavab verilir: "Bu, ya təyinat, ya da imtina cavabıdır. Bu barədə vətəndaşın mobil nömrəsinə SMS-lə məlumat verilir. Vətəndaş SMS-in gec gəlməsindən narahat olmasın. Əgər vətəndaş qeydiyyatdan keçən zaman orada mobil nömrə qeyd edibsə, ona təyinat olduğu halda, vəsaitin hansı poçtdan götrülməsi barədə SMS gələcək. İmtina olunduqda da göndərilən SMS-də imtinanın səbəbi qeyd edilir".

B.Hüseynov əlavə edib ki, əvvəlki qaydalara əsasən, işsiz kimi qeydiyyatdan keçdikdə şəxsə mütləq SMS göndərilirdi: "İndi isə bu qayda gözlənilmir. Vətəndaşa yalnız ödəniş təyin edildikdə və ödənişdən imtina cavabı verildikdə ona mütləq şəkildə SMS göndərilir".

Birdəfəlik ödəmənin alınması üçün şəxsin işsiz statusu almasının vacib olduğunu deyən B.Hüseynov qeyd edib ki, aparılan araşdırma zamanı işsiz statusu alan şəxsin özünün, yaxud həyat yoldaşının hər hansı yardım, təqaüd, pensiya, sosial müavinət, kompensasiya aldığı, şəxsin aktiv əmək müqaviləsinin olduğu, şəxsin mülkiyyətində pay torpağının olduğu, silahlı qüvvələrdə xidmət keçdiyi aşkarlanarsa, ona birdəfəlik vəsait verilmir.

B.Hüseynovun sözlərinə görə, bu gün işsiz kimi qeydiyyatdan keçmək üçün vətəndaşlardan telefon nömrəsinin öz adına olması tələb edilmir. Hazırda birdəfəlik ödəmənin alınması ilə bağlı onlayn müraciət edən vətəndaşlardan şəxsiyyət vəsiqəsinin FİN nömrəsi tələb olunur: "Onlarla əks əlaqənin yaradılması üçün 3 metoddan biri təklif edilir. Bunlar kimin adına olmasından asılı olmayaraq ya mobil nömrə, ya elektron poçt ünvanı, ya da şəhər telefonu və faktiki yaşayış ünvanlarıdır".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar