Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Tibb Universitetinin müəlliminə cinayət işi açıldı - Səbəb

Tarix: 16-04-2020 13:15     Baxış: 4312 A- / A+
Tibb Universitetinin müəlliminə cinayət işi açıldı - Səbəb


Azərbaycan Tibb Universitetinin müəlliminə məhkəmə qərarlarını icra etməmə maddəsi ilə cinayət işi başlanıb.

Manevr.az-ın "yeni sabah”a istinadən məlumatına görə, Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilən Şahməmmədov Nuru Saydam oğlunun məhkəmə prosesi Sumqayıt Apellyasiya Məhkəməsində keçirilir. Zərərçəkmiş qismində İmanov Kamandar Gəncəli oğlu tanınır.

Araşdırma zamanı məlum oldu ki, Nuru Şahməmmədov Kamandar İmanovdan faizə 28 min manat pul götürüb və bir müddətdən sonra bu məbləğ artaraq 69 min manat olub. Bundan sonra Abşeron Rayon Məhkəməsi Kamandar İmanovun xeyrinə qərar çıxardıb. Beləliklə qətnamə icra olunması üçün yönləndirilib Abşeron rayon İcra və Probasiya Şöbəsinə. Ancaq Nuru Şahməmmədov bu məbləği ödəməkdən imtina edib və bir müddətdən sonra ona qarşı Ədliyyə Nazirliyinin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 306.1-ci 9 məhkəmə qərarlarını icra etməmə) maddəsi ilə cinayət işi başlanıb və baxlması üçün göndərilib Abşeron Rayon Məhkəməsinə.

Qeyd edək ki, hər iki tərəf ictimaiyyətə kifayət qədər tanınan şəxslərdi. Belə ki, təqsirləndirilən, 1966-cı il təvəllüdlü Şahməmmədov Nuru Saydam oğlu Azərbaycan Tibb Universitetinin radiologiya kafedrasının müəllimi, tibb elmləri üzrə fəlsəfə doktorudu. Həmçinin 2013-cü ildə ilin həkimi adına layiq görülüb.

Zərəçəkən İmanov Kamandar Gəncəli oğlu isə 1968-ci ildə Göyçə mahalının Daşkənd kəndində sürücü ailəsində anadan olub. Ali təhsillidir, əmək fəaliyyətinə keçmiş avtomobil nəqliyyatı naziri Hüseyn Hüseynovun sürücüsü kimi başlayıb. Bir çox şəxslərə borc verdiyi üçün adı məhkəmə prosesində hallanır.

Tibb Universitetinin müəlliminə cinayət işi açıldı - Səbəb

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar