Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

190 manatı müraciətdən necə gün sonra ala bilərik? - RƏSMİ AÇIQLAMA - VİDEO

Tarix: 14-04-2020 10:19     Baxış: 4295 A- / A+
190 manatı müraciətdən necə gün sonra ala bilərik? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bir neçə gündür müraciət etmişəm amma mənə sms gəlməyib. Bəlkə işsiz kimi qeydiyyata alınmamışam? Görəsən mənə pulu nəvaxt ödəyəcəklər?

İşsizliklə bağlı müraciət edən və 190 manat almaq istəyən hər bir şəxsi bu suallar narahat edir. İnsanlar yalnız birdəfəlik ödəmə alan şəxslərə sms-lərin göndərildiyini düşünürlər. İşsiz kimi müraciət edən şəxslər qeydiyyata düşdükdən neçə müddət sonra birdəfəlik ödəmə alacaq? Kimlərə sms məlumatlandırm gönədrilir? Məsələnin əslini bizdən öyrənəcəksiz.

İstər uzun müddət işsiz kimi məşğulluq xidmətində qeydiyyatda olan, istərsə də yeni müraciət edən şəxslər onlara ayrılan vəsaiti alırlar. Bəzi vətəndaşlara 190 manat ödəməni almaq üçün sms məlumatlandırma 1 günə, bəzilərinə isə bir neçə gün sonra gəlir.

Birdəfəlik ödəmə amaq üçün qeydiyyatdan keçən və işsiz statusu almayan şəsxlər də sms vasitəsiylə məlumatlandırılır və onlara vəsaitin verilməmə səbəbi izah edilir. Birdəfəlik ödəmə almaq üçün müraciət edən bir çox vətəndaş isə onlara qısa zamanda sms-in gəlməməsindən narahatdır.

Dövlət məşğulluq xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı sms-lərin vətəndaşlara fərqli vaxtlarda gəlməsinin səbəbini müraciətlərin çox olması və bəzi məlumatların natamam olması ilə əlaqələndirir. Həmçinin vətəndaşın göndərdiyi məlumatların araşdırılması da vaxt tələb edən prosesdir.

Birdəfəlik ödəməni almaq üçün müraciət edən şəxslərə gönədirlən sms-lərdə əvvəllər vətəndaşın adı qeyd olunmurdusa, artıq hər bir sms-də müraciət edən şəxsin adı da əlavə olunur.

Respublika üzrə ümumilikdə 55 min vətəndaşa birdəfəlik ödəmə təyin olunub. Həmin vətəndaşlara sms-lərin göndərilməsi prosesi gedir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar